Mövsümü erkən başa vurdu

25.04.2023 19:10 268
Dünya futbolu
Alfonso Devis ciddi zədə alıb.

"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın 22 yaşlı müdafiəçisinin əzələsi əzilib. O, təxminən 6 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu da o deməkdi ki, Alfonso üçün mövsüm erkən başa çatıb.

Devis bundesliqanın 29-cu turunun “Maynts-05” ilə oyununda (1:3) sıradan çıxıb. O, cari mövsümdə ümumilikdə 37 oyunda iştirak edib, 3 qol vurub, 7 qolun ötürməsini verib.