“Sampdoriya”nın hücumçusu Lorenzo Mezzotero uğurlu çıxışını davam etdirir.
"Football-plus.az" xəbər verir ki, 18 yaşlı azərbaycanlı İtaliya B Seriyasının 13-cü turunda “Padova” ilə səfər qarşılaşmasında dubla imza atıb.
Gənc hücumçu 19-cu dəqiqədə isveçrəli müdafiəçi Kevin Mbabunun ötürməsindən sonra başla dəqiq zərbə endirərək hesabı açıb. Daha sonra Lorenzo İnsinyenin ötürməsini qola çevirən Mezzotero komandasına qələbə qazandırıb.
Mezzoteronun dublu komandasına qələbə qazandırdı
Ölkə futbolu





