Futbolçunun dili qatlandı, xəstəxanaya aparıldı

8.02.2023 16:44 1 284
I liqa / Manşet
1-ci divizionun 16-cı turunda "Neftçi-2" "Mingəçevir"lə qarşılaşır.

Football-plus.az xəbər verir ki, matçın 71-ci dəqiqəsində "ağ-qaralar"ın üzvü Həbib İsmayılov "işıqçılar"ın hücumçusu İbrahim Camalovla toqquşub.

Nəticədə "Neftçi-2"nin futbolçusunun dili qatlanıb.

Həkimlər futbolçuya dərhal yardım edib. Həbib İsmayılov huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.

Qeyd edək ki, oyunda 81-ci dəqiqə oynanılır. Hesab 1:1-di.

Kənan Bahadır