“Bavariya”da növbəti ciddi itki

27.01.2024 16:59 238
Dünya futbolu
Konrad Laymer bir müddət futbol oynaya bilməyəcək.

“Bavariya”nın yarımmüdafiəçisi ciddi zədə alıb. O, baldırından aldığı xəsarətə görə txminən 6 həftə futbolsuz qalacaq.

Yeri gəlmişkən, bu komandada son bir həftədə qeydə alınan ikinci ciddi zədədi. Müdafiəçi Dayo Upamekano da bu səbəbdən bir neçə həftə münhenlilərə kömək edə bilməyəcək.