Kənan ilə müqavilə yenilənəcək

12.03.2024 11:00 193
Dünya futbolu
Kənan Yıldız “Yuventus”da daha uzun müddət çıxış edə bilər.

İtaliya klubu gənc futbolçusu ilə yeni müqavilə üzrə danışıqlara başlayıb. “Tuttosport” nəşrinin məlumatına görə, rəhbərlik türkiyəli oyunçu ilə 2027-ci ilin iyununda qüvvədən düşəcək müqavilənin müddətini iki il uzatmaq istəyir.

Yıldız bu mövsüm A seriyasında və İtaliya kubokunda ümumilikdə 19 matçda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.