Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu “İnter”lə yeni müqavilə imzalaya bilər.
Football-plus.az xəbər verir ki, tanınmış jurnalist Nikolo Skiranın məlumatına görə, İtaliya klubunun rəhbərliyi 28 yaşlı yarımmüdafiəçiyə uzunmüddətli müqavilə təklif etmək niyyətindədi. Hakanın agenti artıq danışıqlar üçün Milana gəlib. Çalhanoğlu “İnter”ə 2021-ci ilin yayında azad agent kimi keçib və 2024-cü ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Tərəflərin müqavilənin müddətini avtomatik olaraq daha bir mövsüm uzatmaq imkanı var.
Xatırladaq ki, Hakan bu mövsüm İtaliya çempionatı və Çempionlar Liqasında ümumilikdə 11 matçda meydana çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib.