İtaliya klubunda yeni müqavilə

16.03.2023 17:54 246
Dünya futbolu
Stanislav Lobotka klubundan aldığı yeni təklifi qəbul edib.

"Football-plus.az" xəbər verir ki, slovakiyalı futbolçu ilə müqavilə yenilənib. 28 yaşlı yarımmüdafiəçi “Napoli”də 2027-ci ilin yayına qədər oynamaq hüququ qazanıb.

Lobotka İtaliya klubunda 2020-ci ildən çıxış edir. O, bu mövsüm A seriyasında meydana çıxdığı 26 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.