“Real” aparıcı futbolçusu Kərim Benzemaya yeni müqavilə təklif edib.
İspaniya klubunun rəhbərliyi fransalı hücumçu ilə 2023-cü ilin yayında qüvvədən düşəcək müqavilənin müddətini birilliyə uzatmaq istəyir. Qeyd edək ki, Benzema “Real”da 2009-cu ildən oynayır. O, ötən mövsüm La Liqada 32 oyuna çıxıb, 27 qol vurub və 12 məhsuldar ötürmə edib.