Dünya çempionunun çənəsi sınıb

24.10.2026 10:00 18
Dünya futbolu
“Çelsi”nin qapıçısı Emiliano Martines ağır zədə səbəbindən əməliyyat olunub. 34 yaşlı argentinalı qolkiperin çənəsində sınıq aşkarlanıb.

"Football-plus.az" xəbər verir ki, hadisə premier-liqada “Everton”la keçirilən və “Çelsi”nin 2:0 hesablı qələbəsi ilə başa çatan oyunun 2-ci hissəsində yaşanıb.

Dünya çempionu qapıçı rəqib komandanın müdafiəçisi Cerred Brentueytlə hava mübarizəsində toqquşaraq ağır zədə alıb. Tibbi heyət qapıçıya meydanda 8 dəqiqə ərzində yardım göstərib. Ardınca futbolçu xərəkdə meydandan çıxarılaraq xəstəxanaya aparılıb.

Müayinələr zamanı Martinesin çənəsində sınıq olduğu müəyyənləşib və cərrahi müdaxilə barədə qərar qəbul edilib. Dünən keçirilən əməliyyat uğurla başa çatıb.

Argentina yığmasının qapıçısı sosial şəbəkə hesabında xəstəxanadan paylaşım edərək səhhəti barədə məlumat verib:

“Mesajlarına görə hər kəsə təşəkkür edirəm. Əməliyyat uğurlu keçdi. Ən vacibi odu ki, qalib gəldik və qapımızı toxunulmaz saxladıq. Bir neçə həftədən sonra geri qayıdacağam”.