Renduliç azərbaycanlıları yanında saxladı?

11.03.2024 14:30 419
Aktual / Ölkə futbolu
Murad Musayevin istefasından sonra baş məşqçi axtarışına çıxan “Sabah”, nəhayət, istədiyi mütəxəssisi tapıb. Artıq Krunoslav Renduliçin təyinatı təsdiqlənib.

Bəs xorvatiyalı məşqçi ölkəmizə öz məşqçi korpusu ilə gəlib, yoxsa indiyə qədər komandada olanları saxlayacaq? “Football-plus.az” bu məqamı “Sabah”ın mətbuat katibi Elnur Həmidovla dəqiqləşdirdi:

“Krunoslav Renduliçin məşqçilər korpusunda xorvatiyalı mütəxəssislər - Saşa Sablyak və Domaqoy Periç olə yanaşı, əvvəl də məşqçilər korpusunda olan Ruslan Qafitullin, Vitali Kovalyov və Rəşad Eyubov yer alıb”.

ELMİN İSKƏNDƏRLİ