İqor Ponomaryovun köməkçiləri bəlli oldu - Yeni ad var

3.02.2024 16:58 305
Ölkə futbolu / Manşet
"Sabah" Murad Musayevin gözlənilməz istefasından sonra baş məşqçisiz qaldı. Bilindiyi kimi, mütəxəssis köməkçiləri ilə birlikdə ölkəmizi tərk etdi.

Masazır təmsilçisi bu gün Misli premyer-liqasının 21-ci turunda “Turan Tovuz”la qarşılaşacaq. Komandanı meydana klubun idman direktoru İqor Ponomaryov çıxaracaq.

"Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun "football-plus.az"a açıqlamasında Ponomaryovun köməkçilərinin adlarını da açıqladı. Bunlar Ruslan Qafitullin, Vitali Kovalyov və Rəşad Eyyubovdu.

Qeyd edək ki, "Sabah" - "Turan Tovuz" oyunu saat 17.30-da başlayacaq.

KAMAL SƏFƏR