“Hələ heç bir məşqçi ilə razılıq əldə olunmayıb” - “Sabah” təkzib etdi

2.03.2024 15:30 228
Dünya futbolu
Həm Azərbaycan, həm də Xorvatiya mətubatının məlumatına görə, Krunoslav Renduliç “Sabah”la anlaşmaq üçün Bakıya gəlir.

“Football-plus.az” olaraq, bu xəbəri dəqiqləşdirmək, eyni zamanda, komandanı “Araz-Naxçıvan”la görüşə kimin çıxaracağını öyrənmək istədik. Buna görə də klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq:

“Hələ heç bir məşqçi ilə razılıq əldə olunmayıb. Komandanı bu gün "Araz-Naxçıvan"la oyuna İqor Ponomaryov çıxaracaq”.

KAMAL SƏFƏR