"Sabah" yeni baş məşqçisini açıqladı

5.03.2024 11:30 185
Dünya futbolu
“Sabah”ın yeni baş məşqçi təyinatı rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki, xorvatiyalı mütəxəssis Krunoslav Renduliçlə ilyarımlıq müqavilə bağlanıb.

Renduliç karyerası ərzində İranın “Fulad” (2014/16) və bu ölkəsinin əsas milli komandasında (2022) köməkçi məşqçi, həmçinin Xorvatiyanın “İstra 1961” (2018/19), “Şibenik” (2019-21), “Qoritsa” (2021/22), Bosniya və Herseqovinanın “Zrinski” (2022/23) klublarında baş məşqçi kimi çalışıb.

50 yaşlı xorvatiyalı mütəxəssis “Zrinski” ilə Bosniya və Herseqovina çempionu və kubokunu qazanıb (2022/2023), bu klubu Konfrans Liqasının qrup mərhələsinə çıxarıb (2023/24).