Renduliç yoldadı, yoxsa hardadı?

3.03.2024 19:53 312
Premyer-liqa / Manşet
Dünəndən bəri futbol mediasının gündəmində Krunoslav Renduliçin “Sabah”a mümkün gəlişidi. Masazır təmsilçisi bu xəbəri təkzib etsə də, Xorvatiya və Azərbaycan mətbuatı heç də belə demir.

“Football-plus.az” olaraq, yenidən bu barədə məlumat öyrənməyə çalışdıq. Ki, görəsən, Renduliçin danışıqları bitirmək üçün bu gün və ya sabah Bakıya gələcəyi gözlənilirmi? Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun cavabı belə oldu: “Hələ ki hansısa yenilik yoxdu”.

KAMAL SƏFƏR