“Turan Tovuz” premyer-liqada 150-ci oyununu keçirdi

26.10.2026 12:46 27
Ölkə futbolu
Misli premyer-liqasının 9-cu turu “Turan Tovuz” üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Neftçi” ilə səfər görüşü (1:1) Qərb təmsilçisinin liqada 150-ci oyunu olub.

74 dəfə evdə, 76 dəfə səfərdə meydana çıxan komanda 58 qələbə qazanıb, 42 heç-heçə edib və 50 dəfə uduzub. 186 qol vuran Tovuz təmsilçisi 174 top buraxıb.

Turnirin tarixinə 150 və daha çox oyun keçirən 26-cı komanda kimi düşən "bozqurd"un ilk matçı 2022-ci il avqustun 8-də evdə “Qəbələ”yə qarşı olub – 0:2.