Bəs, “Sabah” Çempionlar Liqasının oyunları üçün qurulan marketinq gəlirləri ilə bağlı hədəflərinə çatıb Bu yöndə hansı problemlərlə üzləşib, nə dərəcədə təcrübə qazanıb?
“Football-plus.az” bu suallara cavab tapmaq üçün “bayquşlar”ın mətbuat katibi Elnur Həmidovla əlaqə saxlayıb:
“Çempionlar Liqası ilə bağlı marketinq fəaliyyətlərimiz yalnız ilk iki oyunu yox, bütün turniri əhatə edir. Bu səbəbdən qarşıya qoyulan hədəflərə nə dərəcədə nail olduğumuzu, üzləşdiyimiz çətinlikləri və qazandığımız təcrübəni obyektiv qiymətləndirmək üçün prosesin yekunlaşmasını gözləmək lazımdı. Yekun təhlildən sonra bu barədə daha ətraflı danışmaq mümkün olacaq”.
İSRAYIL XEYRULLAYEV





