U-15 millimiz Bakıda təşkil olunan dünya çempionatı və festivalında bu gün daha iki matç keçirəcək.
"Football-plus.az" xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv saat 11.30-da İsrail ilə qarşılaşacaq. Saat 18.15-də isə rəqib Haiti olacaq.
Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında reallaşacaq.
Xatırladaq ki, komandamız turnirdə əvvəlki oyunlarında Timor-Lesteni 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib, Avstraliyaya uduzub - 1:3.
Millimiz İsrail və Haitiyə qarşı
Ölkə futbolu





