Ponomaryov hazırlayır, Eyyubovun adı yazılır, Qafitullin danışır – NİYƏ?

9.02.2024 15:50 283
Ölkə futbolu / Manşet
Murad Musayev “Sabah”ın baş məşqçisi vəzifəsindən istefa verəndən sonra bu komanda ətrafında qəribə vəziyyət yaranıb.

“Sabah”ı oyunlara İqor Ponomaryov hazırlayır, protokolda Rəşad Eyyubovun adı göstərilir, jurnalistlərin önünə isə Ruslan Qafitullin çıxır. Görəsən, nə vaxta qədər belə davam edəcək? “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun “Football-plus.az”a cavabı:

"Baş məşqçi axtarışı davam edir. Hazırda komandanı oyunlara İqor Ponomaryov hazırlayır. Məşqçilər korpusunda onunla yanaşı, Ruslan Qafitullin, Rəşad Eyyubov, həmçinin qapıçılar üzrə məşqçi Vitali Kovalyov yer alıb. İqor Anatolyeviçin baş məşqçi kimi göstərilməməsi müvafiq lisenziyasının olmaması ilə bağlıdı".

GÜNAY SÜLEYMANOVA