Futzal üzrə Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunda keçiriləcək “Araz-Naxçıvan” – “Uypest” (Macarıstan) oyununun təyinatları açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, matçın hakimləri Viktor Çeyx (Fransa), Sergey Saçmans (Latviya) və İqor Yaçevic (Latviya) olacaq. Dominik Lorke (Polşa) “timekeeper”, Sven Eyxler (Almaniya) hakim-inspektor, Marina Kirilyuk (Ukrayna) UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qarşılaşma sabah Polşanın Qlivitse şəhərindəki “Prezero Arena”da saat 16.00-da start götürəcək.
“Araz-Naxçıvan” – “Uypest” oyununun hakimləri bilindi
İdman





