Ozancan Niderlandda növbəti oyuna çıxdı

27.01.2024 11:13 181
Dünya futbolu
Millimizin yarımmüdafiəçisi Ozancan Kökçünün çıxış etdiyi "Eyndhoven" Niderland çempionatında növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda öz meydanında "Maastrixt" ilə qarşılaşıb. Görüş "Eyndhoven"in məğlubiyyəti ilə başa çatıb - 0:3.

Ozancan bu görüşün iştirakçısı olub. Start heyətdə yer alan futbolçu sona qədər oynayıb.

"Eyndhoven" Niderland 1-ci liqasında 23 turdan sonra 30 xalla 13-cü sıradadı.