Millimizin üzvü komandasına xal qazandırdı

2.03.2024 12:30 172
Dünya futbolu
Futbol üzrə Niderland 1-ci divizionunda 28-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin üzvü Ozancan Kökçünün formasını geyindiyi "Eyndhoven" doğma meydanda "Yanq AZ Alkmar"ı qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Ozancan da bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb. O, 65-ci dəqiqədə komandasına 1 xal qazandıran qolun müəllifi olub. Ozancan həmçinin, 90+3-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

28 oyun keçirən "Eyndhoven" 34 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.