• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” “Braqa” ilə oyun ərəfəsində 3 qol buraxdı - REPORTAJ

Premyer-liqa / Reportaj

13-02-2024, 21:0

Bu komandalar son 10 gündə üçüncü dəfə üz-üzə gəldi.

Xatırladaq ki, Murad Musayevin baş məşqçi postundan istefasına səbəb olan 1:7-nin ardından “Sabah” toparlanmış və kubokun cavab görüşündə “Qarabağ”ı 4:3 hesabıyla məğlub etmişdi. İndi “tələbələr”in həmin qələbənin təsadüf olmadığını göstərmək imkanı var idi. “Qarabağ” isə Portuqaliya səfəri ərəfəsində bir daha gücünü yoxlamaq, həm də təbii ki, qələbə qazanmaq istəyirdi.

Oyuna nominal meydan sahibləri fəal başladı. Topa əsasən onlar nəzarət edirdi. İlk təhlükəli vəziyyəti də Qurbanovun komandası yaratdı. 5-ci dəqiqədə Andradenin ötürməsindən sonra Juninyo toru kənardan silkələdi. 8-ci dəqiqədə Ponomaryovun planlarına qətiyyən uyğun olmayan hadisə baş verdi. Til zədələnərək, meydanı xərəkdə tərk etdi. Çempionatın lideri 28-ci dəqiqədə növbəti təhlükəli vəziyyəti yaratdı. Rəqib müdafiəsinin azlıqda olmasından istifadə edən Andrade əks-hücum zamanı topu qapı qarşısına ötürsə də, Hadudi topun Juninyoya çatmasına icazə vermədi. Cəmi bir dəqiqə sonra Zubir gözəl ara ötürməsiylə Juninyonu qapıçıyla üzbəüz qoydu. Fəqət İmanov topun tora qovuşmasına mane olaraq kornerə göndərdi. Küncdən zərbənin davamında top “Sabah”ın kapitanı Seydiyevin əlinə dəydi. Baş hakim Həmzəzadə anındaca penalty nöqtəsini göstərdi. Topa yaxınlaşan Yankoviç komandasını hesabda önə çıxara bildi – 1:0. Ağdamlıların aşkar dominantlığı fonunda “Sabah” 42-ci dəqiqədə əks-hücuma çıxa bildi. Ancaq Bəhlul Sekidikanın ötürməsinin Marqaritaya çatmasına imkan vermədi. Bundan ruhlanan Masazır təmsilçisi hücumun kəsərini artırdı. Qonaqlar ilk hissənin son dəqiqəsində penalti qazandı. Letiçin ötürməsini qəbul edən Parris ayağına zərbədən sonra yerdə qaldı. VAR-la uzun-uzadı danışıqdan sonra epizoda özü baxan baş hakim penalti qərarı verdi. Belfodil Lunyovla mübarizədən qalib ayrıldı – 1:1.

Sən demə, oyunun daha maraqlı bölümü irəlidəymiş. 2-ci hissə başlayandan cəmi 6 dəqiqə sonra referi növbəti dəfə əllə oyuna görə matçı dayandırdı. Həmzəzadə VAR-la danışıqdan sonra epizoda baxmağa yollandı. Və Bədavi açıq əllə topun qarşısını aldığına görə növbəti dəfə “nöqtə”ni göstərdi. Belfodil bu dəfə də hədəfdən yayınmadı – 1:2. 10 dəqiqə sonra referi bu oyunda 4-cü dəfə penalty qərarı verdi. Bu dəfə Silvanın qapı qarşısına ötürməsi zamanı Boyan əllə oynamışdı. Topun arxasına keçən çempionatın bombardiri Juninyo cari mövsümdəki qollarının sayını 15-ə çatdırdı. Oyunda 2-ci dəfə hesaba tarazlıq gəldi. 69-cu dəqiqədə “bayquşlar”ın daha bir oyunçusu Marqarita zədələnərək mübarizəni davam etdirə bilmədi.

Meydanda yenə “Qarabağ” üstün idi. 74-cü dəqiqədə İsayevin Krossayağı ötürməsindən sonra qapıçıyla təkbətək qalan Veşoviçin zərbəsini İmanov dəf etməyi bacarsa da, top düz Zubirin önünə düşdü. Lakin o, topu boş qapıdan keçirə bilmədi. Üstündən dəqiqə keçməmiş Tellur “Sabah”ı hesabda önə keçirsə də, baş hakim ofsayd qərarı verərək qolu ləğv etdi. Gərginlik ən üst səviyyədə idi. 86-cı dəqiqədə Bədavinin çaşdırıcı zərbəsini İmanov gözəl seyvlə dəf etdi. Cəmi 2 dəqiqə sonra yenidən səhnəyə İmanov çıxdı. Bu dəfə Toralın standart vəziyyətdən qapıya göndərdiyi topun qarşısını aldı. İmanov artıq komandasının qəhrəmanı idi. 5-ci uzatma dəqiqəsində Tellur uzaq məsafədən möhtəşəm zərbə ilə Lunyovu təslim olmağa məcbur etdi. Artıq hər kəs oyunun taleyinin həll olunduğunu düşünürdü ki, səhnəyə yenidən Yusif İmanov çıxdı. Özü də bu dəfə mənfi qəhrəman kimi. Qapıçı Benzyanın elə də qüvvətli olmayan zərbəni ayaqlarının arasından buraxdı. Beləliklə, “Sabah” ona hava-su kimi vacib olan qələbəni məhz qapıçısının kobud səhvi üzündən əldən verdi. “Qarabağ” isə çətin səfər oyunu ərəfəsində qətiyyən ümid vermədi. Ümid edirik ki, bu səhvlər Portuqaliyada təkrarlanmaz.

Gözdən qaçmadı
* 16-cı dəqiqədə “Qarabağ” cərimə zərbəsi yerinə yetirərkən İqor Ponomaryov “canlı səd”də iki oyunçunun qalmasını istəsə də, futbolçular qapıçının göstərişi ilə üç nəfər qaldı.
* Ponomaryov 37-ci dəqiqədə Anatoli Nuriyevin sarı vərəqə almasına görə Kamal Umudluya sərt şəkildə etiraz etdi.
* Tellur Mütəllimovun uzaq məsafədən vurduğu baxımlı qolu Qurban Qurbanov da alqışladı.
* “Qarabağ”ın ardıcıl 2-ci çempionat oyununda 4 penalti təyin olundu ki, çətin dünya tarixində bunun anoloqu ola.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə kuboku / Reportaj

11-02-2024, 20:0

“Qarabağ” kubokda ilk dəfə 4 top buraxdı - REPORTAJ

Premyer-liqa / Reportaj

30-01-2024, 22:0

“Qarabağ” 10 nəfərlə də “Kəpəz”dən güclüdü - REPORTAJ

Ölkə kuboku / Reportaj

19-12-2023, 20:0

“Sumqayıt” “Karvan”ın işini son 10 dəqiqədə bitirdi - REPORTAJ

Premyer-liqa / Reportaj

9-05-2023, 17:0

“Qarabağ” kubokun finalçısını darmadağın etdi - REPORTAJ

Premyer-liqa / Reportaj

27-11-2023, 12:0

“Qarabağ” Norveç səfəri ərəfəsində zirvəyə qayıtdı - REPORTAJ

Premyer-liqa / Manşet / Reportaj

27-09-2023, 21:0

“Sumqayıt” yenə qələbəyə həsrət qaldı - REPOTAJ

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Bu gün, 21:55
    "Belə nəticə əldə etdiyimiz qürur duyuram" - Valdas Dambrauskas
  • Bu gün, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Bu gün, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Bu gün, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Bu gün, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Bu gün, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Bu gün, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Bu gün, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Bu gün, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Bu gün, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Bu gün, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Bu gün, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Bu gün, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 103
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə