• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” ardıcıl 10-cu dəfə qrupa düşdü! - REPORTAJ

Reportaj / Avropa Liqası

19-08-2023, 11:0

“Qarabağ” rəqib meydanında taleyüklü matça çıxırdı. Ağdamlılar “sülh”ə razılaşsa belə, ən azı Konfrans Liqasının qrupuna vəsiqə qazanacaqdı. Bu baxımdan 2:1 hesablı üstünlüyü qorumaq vacib idi.

Qurban Qurbanovun komandası başqa çətinliklərlə də üz-üzə qalmışdı. “Bolt Arena”nın süni örtüyü, azərbaycanlı azarkeşlərin azlığı, yol yorğunluğu və iqlim fərqi kimi amillər mənfi təsir göstərə bilərdi. Üstəlik HİK-in çempionatdakı matçı təxirə salınmışdısa, “köhlən atlar” “Turan Tovuz”la qarşılaşmışdı. Buna baxmayaraq, “Qarabağ”ın favorit statusuna şübhəylə yanaşmaq olmazdı. Çünki ağdamlılar ilk oyunda rəqibdən üstün olduğunu açıq-aşkar göstərmişdi.

Rəqib Delajodun start fiti ilə topu oyuna daxil etdi. Oyunun əvvəli sakit axarda keçdi. Komandalar hücuma keçməyə tələsmir, təmkinli oyun sərgiləyirdi. Ağdam təmsilçisi ilk matçdan fərqli hücuma meyillənmir, qısa ötürmələrlə rəqibi yormaq istəyirdi. Maraqlıdı ki, HİK də buna şərait yaradırdı. Bəllidi ki, Korkeakunnasın komandası rəqibin güclü olduğunun fərqində idi. Bu üzdən məhz “köhlən atlar”ın səhv etməsini gözləyirdi. Təəssüf ki, Finlandiya təmsilçisinin gözü yolda qalmadı. Şahruddin 10-cu dəqiqədə topu oyuna daxil edərkən dəqiqliyi düzgün ölçmədi. Rəqib onun komanda yoldaşına ötürmək istədiyi topa yiyələndi. Dərhal hücuma keçən finlərin iki ardıcıl zərbəsini Bəhlul zərərsizləşdirsə də, üçüncü cəhd uğurlu oldu. Nəticədə Hostikka 10-cu dəqiqədə hesabı açdı – 1:0. Qolkiperin kobud səhvi “Qarabağ”ın oyun planını dəyişdi. Bundan sonra temp yüksəldi. HİK-in dinamik tərzdə istədiyini edə bilməyəcəyi sirr deyildi. Rəqin “köhlən atlar”ı yalnız qayda pozuntuları ilə dayandırırdı. Belə epizodların birində Benissan həddi aşdı. O, kobud müdaxilə ilə Zubiri yerə yıxdığından Ağdam təmsilçisi cərimə zərbəsi qazandı. Lakin Medina Yankoviçin qapı önünə göndərdiyi ötürmədən faydalana bilmədi. Ardından kobudluğu davam etdirən HİK azlıqda qaldı. Benissan Elvinə sərt müdaxilə nəticəsində ikinci sarı və qırmızı vərəqə alaraq meydandan qovuldu. Korkeakunnas bununla razılaşmadığından hakimə narazılıq edincə o da “sarı” ilə cəzalandı.

Beləliklə, “Qarabağ”ın işi asanlaşdı. Lakin HİK-in başverənlər üzündən təslim olduğunu deyə bilmərik. Rəqib “Qarabağ”a müqavimət göstərməyə davam edirdi. 20-ci dəqiqədən sonra finlərin baş məşqçisi müdafiə xəttindəki futbolçunun sayını dördə çatdırdı. Bununla “köhlən atlar”ın intensiv hücumlarına tab gətirmək asanlaşdı. Elə bu ərəfədə Yankoviçin qapıya qeyri-dəqiq zərbəsi qeydə alındı. Ümumiyyətlə, süni ot örtüyünün yaratdığı çətinlik ilk hissədə ön planda idi. Düzdü, qonaqlar topu özündə saxlamağı bacarır, həm də ardıcıl təhlükəli vəziyyətlər yarada bilirdi. Lakin qol axtarışı nəticəsiz qalırdı. Cəfərquliyevin, bir neçə dəqiqə sonra Benzyanın zərbəsi də Myanpanın sayıqlığı sayəsində faydasız oldu. HİK-in ikinci qol axtarışı davam edirdi. Uzun aralıqlarla şans qazanan rəqib bir neçə dəfə fərqi artırmaq istəsə də, Bəhlul və Romao sədlərini keçə bilmirdi. Digər tərəfdən, Korkeakunnas ilk matçda qapıda güvəndiyi Östü Myanpa ilə əvəzlədiyinə peşman görünürdü. Qolkiper topu oyuna dəqiq daxil etmirdi. “Köhlən atlar” irəli atılıb topu dərhal ələ keçirirdi. Bu da hücum cəhdlərinin artmasına, daha çox təhlükəli vəziyyətin yaranmasına səbəb olurdu. Belə anların birində Tenho da sıradan çıxdı. Çünki Zubirin “çərçivə”yə zərbəsi kapitanın başına dəydi. Digər bu tipli epizod isə matçın 44-cü dəqiqəsində yaşandı. Bu dəfə Kanellopulos Zubiri HİK-in qapısı önündə qayda pozuntusu ilə dayandırdı. Delajod tərəddüd etmədən “nöqtə”ni göstərdi. Toral qüvvətli və dəqiq zərbə ilə hesabı bərabərləşdirdi – 1:1. Beləliklə, “köhlən atlar” fasiləyə ümumi hesabda öndə yollandı - 3:2.

İkinci hissə Qurbanov və Korkeakunnasın əvəzetmələri ilə başladı. “Qarabağ” hesabı öz xeyrinə dəyişmək istəyirdisə, HİK “silahı yerə qoymaq” niyyətində deyildi. Müdafiənin dirəyi Bəhlul zədələndiyindən artıq Bədavi meydana çıxmışdı. Kapitan sarğısı dərhal ona çatdırıldı. Rəqib isə ilk yarıda sıradan çıxan Tenhonu Halme ilə əvəzlədi. Lakin bunun işə yaradığını deyə bilmərik. Finlər “Qarabağ”a nisbətən yorğun çıxış edirdi. Baş məşqçinin həvəsləndirici jestləri, bəzi hallarda qəzəbli iradları da işə yaramırdı. Azarkeş dəstəyinin də təsirsiz olduğunu demək mümkündü.

İkinci yarının ilk təhlükəli vəziyyəti rəqibin qapısı önündə yaşandı. Bədavi hər kəsi qabaqlayaraq topa çatdı. Myanpa həmin anda yerdə qaldığından qolun qarşısını ala bilmədi. Nəticədə Benzya Bədavinin dəqiq ötürməsini boş qapıdan keçirdi – 2:1. Bundan sonra HİK-in iki qolu möcüzə sayılardı. Buna baxmayaraq, rəqib oyundan qopmamağa çalışırdı. Lakin azarkeş dəstəyi xeyli azalmışdı. İrəliləyən dəqiqələrdə finlər həvəsdən düşdü. Onlar hər imkanda qayda pozuntusuna yol verir, topa yiyələnə bilmirdilər. Nəhayət, 73-cü dəqiqədə rəqib ilk künc zərbəsini yerinə yetirdi. Şahruddin irəli atılıb topu ələ keçirdi. Bu zaman Delajod izaholunmaz səhvə yol verdi. O, Romaonun zədələndiyini düşünərək oyunu dayandırdı. Qeyri-adi hadisə qəzəbli futbolçuların və azarkeşlərin yarasına duz basdı. Onsuz da məğlubiyyəti həzm edə bilməyən finlər daha aqresiv oyun sərgiləməyə başladılar. Bu ərəfədə Ağdam təmsilçisi ciddiliyini qoruduğu üçün rəqibə şans vermədi. Axırıncı dəqiqələrdə nəbz yüksəlsə də, hesab dəyişmədi. Meydana sonradan daxil olan Nəriman iki dəfə “çərçivə”ni dəqiq nişan ala bilmədi. Rəqibin də hücumları uğursuz alındığından matç “köhlən atlar” xeyrinə - 2:1 hesablı qələbə ilə başa çatdı. Beləliklə, “Qarabağ” HİK-i cavab görüşündə də ilk oyundakı hesabla məğlub edərək Avropa Liqasının pley-offuna, deməli, avtomatik Konfrans Liqasının qrupuna da yüksəldi! 2014/15 mövsümündən başlayaraq ardıcıl 9 dəfə qrupda mübarizə aparan Ağdam klubu 10-cu dəfə belə imkan qazandı. Sadəcə, fenomenal, bəlkə də Avropada tayı-bərabəri olmayan nəticədi. Əvvəlcə ardıcıl 10 dəfə qrupa düşən komanda çoxdu. Sadəcə, bunu birbaşa yox, təsnifat mərhələlərini adlamaqla bacaranların sayı azdı.

Gözdən qaçmadı
*Azarkeşlər “Qarabağ”ı rəqib meydanında tək qoymamışdı. Tərəfdarlar Azərbaycan və Türkiyə bayraqlarına bürünərək stadiona gəlmişdilər.
* HİK-in futbolçusu qəzəbli şəkildə “Qarabağ”a qarşı əl-qol hərəkətləri edirdi. Romao onun boynundan tutub sakitləşməyi tələb etdi.
* Finli azarkeşlər “UEFA MAFİYA” qışqırırdılar. Üstəlik hakimi və “Qarabağ” futbolçularını təhqir edir, qyeri-etik əl hərəkətləri göstərirdilər.
* Delajod yerə yıxılıb zədələndiyini bildirən HİK futbolçusuna “ayağa qalx” dedi. Oyunçu heç nə olmamış kimi durub oynamağa davam etdi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Manşet / Avropa Liqası

17-08-2023, 11:0

"Qarabağ"ın oyununa neçə bilet satılıb?

Aktual / Manşet

23-07-2022, 11:0

"Sürix” bizim çempionatın orta sıralarında qərarlaşan komandalar kimi görünürdü" - Sənan Qurbanov

Premyer-liqa / Reportaj

15-08-2023, 13:0

Çempion ilk qələbəsini darmadağınla qazandı - REPORTAJ

Ölkə futbolu / Premyer-liqa

7-11-2022, 11:0

"Qarabağ" 30 illik rekordu təkrarladı

Ölkə futbolu / Manşet

19-05-2023, 14:0

“Qarabağ”ın yeganə rəqibi “Sabah” idi - TƏHLİL

Premyer-liqa / Manşet

2-05-2023, 16:0

“Qarabağ” çempionatın əvvəlindəki performansını göstərə bilmir” – Aslan Kərimov

Aktual
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
“Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
Son xəbərlər
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Dünən, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Dünən, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Dünən, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Dünən, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Dünən, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
  • Dünən, 13:20
    Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
  • Dünən, 12:59
    ''Fənər''in hər iki oyununun hakimi bəlli oldu
  • Dünən, 12:28
    Yığmamız Portuqaliya ilə qarşılaşacaq
  • Dünən, 11:57
    ''Qalatasaray'' sonda paraqvaylı ulduza yönəldi
  • Dünən, 11:36
    “Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
  • Dünən, 11:15
    Anatolinin adı iştirak ərizəsinə salınmadı
  • Dünən, 11:00
    “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına yollandı - REPORTAJ
  • Dünən, 10:53
    Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
  • Dünən, 10:36
    "Sabah"ın futbolçusu Ukrayna klubunda - RƏSMİ
  • Dünən, 10:15
    “Qarabağ”ın Kiyev “Dinamo”su ilə oyunlarının hakimləri
  • Dünən, 09:49
    ''Bavariya''nın fəxri prezidenti Oliseyə görə ''Real'' ilə məzələndi
  • Dünən, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Dünən, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Dünən, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 155
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 154
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 141
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə