Görəsən, hazırda durum nə yerdədi ? İddiaçının bundan sonra nə etmək fikri var?
Bu suallarla futbolçunun vəkili Elcan Həsənliyə müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri:
“Tural Bayramlı ilə bağlı problem hələ də davam edir. Apellyasiya Arbitraj Tribunanın qəbul etdiyi qərar var. Lakin “Səbail” tərəfindən bu qərar icra olunmur. Biz bununla bağlı AFFA İntizam Komitəsinə və Lisenziyalaşdırma Qrupuna müraciət etmişik. Lisenziyalaşdırma tərəfindən bildiirildi ki, bu məsələ ciddi şəkildə araşdırılacaq. Rövnəq Abdullayevə və bir neçə dövlət qurumuna da məktub ünvanlamışıq ki, oyunçuya kömək etsinlər. Çünki AFFA-nın reqlamentlində bununla bağlı hansısa maddə yoxdu. Bu da oyunçuların birbaşa hüquqlarını pozur, düzgün deyil. Mübahisə qısa zamanda həll olunmasa, qərar icra edilməsə, FİFA-nın İntizam Komitəsinə müraciət edəcəyik. Ki, “Səbail”ə transfer qadağası qoyulsun və bu məsələnin icrası ilə bağlı məsələlər sürətlənsin”.
GÜNAY SÜLEYMANOVA





