“Nə Arbitraj Tribunalından, nə də “Səbail”dən bir xəbər var” – vəkil gileylənir

7.12.2023 16:29 541
Ölkə futbolu / Manşet
“Araz-Naxçıvan”ın futbolçusu Tural Bayramlıyla “Səbail” arasında yaşanan qalmaqaldan xəbərdarsız.

Xatırladaq ki, oyunçu sabiq klubunu məhkəməyə verib. O, “dənizçilər” tərəfindən haqsızlıqla üzləşdiyini iddia edir. Daha dəqiq desək, Bayıl təmsilçisini müqavilədəki şərtləri yerinə yetirməməkdə suçlayır. Oktyabrda AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi Turalın şikayətinə baxıb. Nəticədə "Səbail"dən kompensasiya tələbi və kluba idman sanksiyası tətbiq edilməsi ilə bağlı iddia təmin edilməyib. Bundan sonra yarımmüdafiəçi AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət edib. Futbolçunun vəkili Elcan Həsənli noyabrda “Football-plus.az”a verdiyi açıqlamada “Səbail”in nümayəndəsinin iclasda iştirak etmədiyini və bu səbəbdən prosesin təxirə salındığını demişdi. Görəsən, mövzu ətrafında yenilik varmı? Növbəti iclasın nə vaxt keçiriləcəyi bəllidi?
Bu suallarla yenidən Elcan Həsənliyə müraciət etdik. Onun saytımıza dedikləri:

“Hələ ki bu məsələdə durğunluq yaşanır. Nə Arbitraj Tribunalından, nə də “Səbail”dən bir xəbər var. Gözləyirik. Növbəti iclasın tarixi bəlli deyil. Qayda-qanuna əsasən, növbəti iclasda klub nümayəndəsi iştirak etməsə də, yekun qərar verilə bilər. Bu, məhz məhkəmənin səlahiyyətində olan məsələdi”.

KƏNAN BAHADIR