Nadir hallarda belə olur.
"Football-plus.az" xəbər verir ki, Liqa 1-in liderləri rəqiblərinə eyni hesabla qalib gəldilər. PSJ evdə heç də asan alınmayan oyunda “Nant”ın öhdəsindən gəldi. “Nitsa” da maraqlı oyun göstərən “Reyms”i məğlub etdi. “Monako” isə səfərdə möhkəm “Renn”dən üstün oldu. Və bu oyunların hər birində 2:1 hesabı qeydə alındı. Xal hesabını 36-ya çatdıran PSJ inamla turnir cədvəlinə başçılıq edir. “Nitsa” parislilərdən 4 xal az toplayıb. “Knyazlar”ın isə 30 xalı var. 4-cü pillədə “Lill” qərarlaşıb. “Şimallı itlər” hesabat turunda gözlənilmədən autsayderlərdən “Klermon”la heç-heçə etdi.
“Marsel” isə həftəni iki qələbə ilə bitirdi. Dekabrın 6-da 10-cu turdan təxirə salınan oyunda “Lion”u darmadağın edən Cennaro Qattuzonun komandası bazar günü də səfərdə “Loryan”a qalib gəldi. Xalını 23-ə çatdıran cənublular 6-cı yerdə qərarlaşıb. Beşinci isə səfərdə “Mets”i məğlub edən “Brest”di. “Lion” bu tur “Tuluza”nı darmadağın etsə də, sonuncu pillədən qurtula bilmədi. “Şirlər” Pyer Sajenin rəhbərliyi altında keçirdiyi 3-cü oyuna, nəhayət, qələbəyə sevindi. Ötən mövsümün bombardirlərindən biri Aleksandr Lakazett het-triklə yadda qaldı.
Turun qalan oyunlarına gəlincə, “Strasbur” evdə “Havr”a qalib gəldi, “Monpelye” – “Lans” oyununda isə qapılara qol vurulmadı.
15-ci tur
Renn – Monako 1:2
Burijo, 89-p. – Vanderson, 51. Fofana, 85. (26856)
Monako: Ken, Yakobs, Salisu, Sinqo, Vanderson, Kamara (Diop, 81), Zakariya, Qolovin (Maripan, 90+2), Fofana, Minamino (Diatta, 79), Baloqan.
PSJ – Nant 2:1
Barkola, 41. Kolo Muani, 82 – Məhəmməd, 55. (47000)
PSJ: Tenas, L.Ernandes, Markinyos (Şkrinyar, 61), Pereyra, Hakimi, Soler (Asensio, 79), Uqarte (Zair-Emeri, 61), Vitinya (Dembele, 67), Barkola (Kolo Muani, 79), Mbappe, Li Kan İn.
Nitsa – Reyms 2:1
Lyabord, 55. Boqa, 82 – Abdelhəmid, 78. (24325)
Nitsa: Bulka, Bar, Dante, Todibo, Lotomba, Rosario (Budaui, 84), Ndaişimay, Sanson (Klod-Moris, 84), Boqa (Perro, 90), Moffi, Lyabord (Gessand, 76).
Loryan – Marsel 2:4
Fevr, 41. Mendi, 52 – Mbemba, 3. Obameyanq, 9; 42; 52. (15848)
Marsel: Lopes, Balerdi, Jiro, Mbemba, Kloss, Veretu, Unai (Meyte, 83), Arit (Geye, 72), Lodi, Vitinya (Murilyo, 83), Obameyanq (Sarr, 72).
Mets – Brest 0:1
Le Duaron, 75. (20157)
Strasbur – Havr 2:1
Emeqha, 21. Silla, 90+7 – Salmye, 49. (25173)
Lion – Tuluza 3:0
Lakazett, 25; 29; 80. (36677)
Monpelye – Lans 0:0
(14169)
Klermon – Lill 0:0
(8789)
1. PSJ 15 11 3 1 38-12 36
2. Nitsa 15 9 5 1 16-6 32
3. Monako 15 9 3 3 31-20 30
4. Lill 15 7 6 2 19-11 27
5. Brest 15 7 4 4 19-15 25
6. Marsel 15 6 5 4 22-16 23
7. Lans 15 6 5 4 19-15 23
8. Reyms 15 7 2 6 21-21 23
9. Nant 15 5 3 7 19-25 18
10. Strasbur 15 4 5 6 14-20 17
11. Havr 15 3 7 5 13-17 16
12. Mets 15 4 4 7 15-23 16
13. Renn 15 3 6 6 20-21 15
14. Monpelye (-1) 15 3 6 6 17-20 14
15. Tuluza 15 2 7 6 14-21 13
16. Loryan 15 2 6 7 20-29 12
17. Klermon 15 2 5 8 9-21 11
18. Lion 15 2 4 9 14-27 10
Bombardirlər: Mbappe (PSJ) – 15, Adams (Monpelye) – 7, Ben Yedder (Monako), Məhəmməd (Nant), Obameyanq (Marsel), Lakazett (Lion) – 6.
Növbəti turun oyunları dekabrın 15-17-si aralığında keçiriləcək: Monako – Lion, Havr – Nitsa, Lans – Reyms, Nant – Brest, Mets – Monpelye, Tuluza – Renn, Loryan – Strasbur, Marsel – Klermon, Lill – PSJ.
Turun rəqəmi
10 – PSJ məğlubiyyətsiz oyunlar seriyasını bu həddə çatdırdı. Bu seriya sentyabrın ortalarında başlayıb. Parislilər son 8 çempionat oyununun hamısında qələbə qazanıb.
Turun ulduzu
Pyer-Emerik Obameyanq (Marsel) – Lakazettin də het-trik etdiyi turda məhz təcrübəli qabonlu hücumçunu seçməyimizin səbəbi var. İş ondadl ki, Obameyanq Mbembaya da məhsuldar ötürmə verdi. Cari mövsümü imkanlarından aşağı səviyyədə keçirsə də, bu het-trik onun üçün dönüş nöqtəsi ola bilər.
Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi: “Yetərinə yaxşı oynadıq və qalib gəldik. İlk dəqiqələrdən amansız mübarizə getdi, “Nant” yaxşı müdafiə olundu, bizə təhlükəli vəziyyətlər yaratmaqda mane oldu. Bu qələbə Liqa 1-dəki mövqeyimizi möhkəmlətdi”.
LİQA 2
17-ci tur: Ayaçço – Laval 2:0, Anje – Qrenobl 1:0, Konkarno – Oser 1:2, Pau – Valensyenn 3:1, Sent-Etyen – Genqam 1:3, Paris – Rodez 2:0, Trua – Amyen 2:0, Keviyi – Bordo 3:2, Dyunkerk – Bastiya 0:5, Annesi – Kan 1:2.
1. Anje 17 10 4 3 28-15 34
2. Laval 17 10 3 4 19-13 33
3. Oser 17 9 5 3 35-19 32
4. Pau 17 8 5 4 31-28 29
5. Qrenobl 17 7 7 3 21-17 28
6. Genqam 17 7 6 4 24-14 27
7. Ayaçço 17 7 6 4 18-15 27
8. Sent-Etyen 17 7 3 7 17-18 24
9. Rodez 17 6 5 6 26-25 23
10. Paris 17 7 2 8 20-20 23
11. Amyen 17 6 5 6 14-18 23
12. Kan 17 6 4 7 26-25 22
13. Bastiya 17 5 5 7 19-20 20
14. Trua 17 4 7 6 19-19 19
15. Annesi 17 4 7 6 20-24 19
16. Konkarno 17 5 4 8 17-23 19
17. Bordo (-1) 17 5 4 8 18-25 18
18. Keviyi 17 3 6 8 23-27 15
19. Dyunkerk 17 3 4 10 13-29 13
20. Valensyenn 17 1 8 8 10-23 11
Bombardir: Mendi (Kan) - 12.