Fransada 12-ci turun nəticələrinə görə PSJ yenidən zirvəyə qayıtdı.
“Football-plus.az” xəbər verir ki, paytaxt klubu səfərdə möhkəm “Reyms”i darmadağın etdi. Səfərdə “Monpelye” ilə heç-heçə edən “Nitsa” liderliyi əldən verdi. “Qartallar” hələ ki heç kimə uduzmayıb. 3-cü pillədə isə “Havr”ı məğlub edə bilməyən “Monako” qərarlaşıb. Barışmaz mübarizə şəraitində keçən oyunun son saniyələrində “Havr”dan Qransir penaltini qola çevirə bilmədi. “Lans”ın “Marsel” üzərindəki qələbəsini qeyd etməyə dəyər. Mövsümün əvvəlində təhlükəli zonada yer alan vitse-çempion sürətlə xal hesabını artırmaqdadı.
“Lion” mövsümdə ilk qələbəsini qazandı! Səfərdə “Renn” ilə qarşılaşan “şirlər”in bəxti onda gətirdi ki, artıq 5-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Due qovuldu. Bu oyunda yeganə qolu 2-ci hissənin ortalarında irlandiyalı müdafiəçi O`Brayen vurdu. Turun qalan oyunlarına gəlincə, “Loryan” “Klermon”u, “Mets” “Nant”ı məğlub etdi. “Lill” ilə “Tuluza” məhsuldar heç-heçəyə razılaşdı.
12-ci tur
Reyms – PSJ 0:3
Mbappe, 3; 59; 82. (20500)
PSJ: Donnarumma, Şkrinyar, Markinyos, Mukiele, Dembele (Barkola, 74), Zair-Emeri, Ruis, Soler (Ernandes, 81), Mbappe, Ramuş (Vitinya, 47), Li Kan İn (Ndur, 77).
Monpelye – Nitsa 0:0 (13452)
Nitsa: Bulka, Bar (Perro, 86), Dante, Todibo, Rosario, Budaui, Buanani (Lyabord, 60), Türam, Boqa (Diop, 67), Moffi (Gessand, 67), Sanson.
Havr – Monako 0:0 (23008)
Monako: Ken, Maqassa, Maripan, Sinqo, Diatta (Diop, 46), Fofana, Zakariya, Yakobs, Qolovin, Akliuş (Minamino, 66), Ben Yedder (Baloqun, 73).
Lans – Marsel 1:0
Qradit, 90. (38223)
Marsel: Lopes, Lodi, Balerdi, Jiqo, Kloss, Kondoqbia, Veretu, Korrea (Ndiaye, 56), Arit, Sarr (Murilyo, 86), Vitinya (Obameyanq, 70).
Klermon – Loryan 1:0
Nikolson, 69-p. (9798)
Lill – Tuluza 1:1
Yoro, 30 – Dallinqa, 65. (34959)
Mets – Nant 3:1
Van den Kerkhof, 3. Elisor, 28. Asoro, 85 – Simon, 12. (21674)
Renn – Lion 0:1
O`Brayen, 67. (28441)
“Brest” – “Strasbur” oyunu qazonun vəziyyəti üzündən təxirə salınıb.
1. PSJ 12 8 3 1 29-9 27
2. Nitsa 12 7 5 0 13-4 26
3. Monako 12 7 3 2 25-14 24
4. Lill 12 5 5 2 15-11 20
5. Reyms 12 6 2 4 17-15 20
6. Lans 12 4 4 4 13-13 16
7. Havr 12 3 6 3 12-13 15
8. Brest 11 4 3 4 11-12 15
9. Nant 12 4 2 6 17-23 14
10. Marsel 11 3 4 4 12-13 13
11. Mets 12 3 4 5 12-18 13
12. Monpelye (-1) 11 3 4 4 15-14 12
13. Renn 12 2 6 4 16-16 12
14. Tuluza 12 2 6 4 13-16 12
15. Strasbur 11 3 3 5 9-15 12
16. Loryan 12 2 5 5 15-21 11
17. Klermon 11 2 3 6 8-14 9
18. Lion 11 1 4 6 9-19 7
Bombardirlər: Mbappe (PSJ) – 13, Adams (Monpelye) – 7, Məhəmməd (Nant), Əl-Tamari (Monpelye), Ben Yedder, Qolovin (hər ikisi “Monako”) – 5.
Növbəti turun oyunları noyabrın 24-26-sı aralığında keçiriləcək: PSJ – Monako, Klermon – Lans, Strasbur – Marsel, Nitsa – Tuluza, Loryan – Mets, Monpelye – Brest, Nant – Havr, Renn – Reyms, Lion – Lill.
Turun rəqəmi
1 – “Lion” mövsümdə ilk qələbəsini qazandı. Fabio Qrossonun çalışdırdığı komanda buna qədər keçirdiyi 10 oyunun 6-da məğlub olmuş, 4-də heç-heçə etmişdi. Bununla belə, “şirlər” hələ də turnir cədvəlinin sonuncusudu.
Turun ulduzu
Kilian Mbappe (PSJ) – artıq neçənci dəfədi ki, məhz gənc ulduzu seçməyə məcburuq. Amma bir futbolçu het-trik edibsə, başqasını axtarmağa dəyməz. Sonuncu dəfə yanvarın 23-də - ölkə kubokunun oyununda het-trik etməyi bacaran Kilian indi bombardirlər cədvəlində ən yaxın izləyicindən 6 top irəlidədi.
Turun sitatı
Filipp Ken, “Monako”nun qapıçısı: “Sonuncu dəqiqədə penaltini qaytarmaq qapıçı üçün yaxşı hadisədi. Bununla belə, heç-heçəyə görə məyusam. Qalib gəlmək istəyirdik. Qapıçının missiyası hər oyunda qapısının toxunulmazlığını qorumaqdı”.
LİQA 2
14-cü tur: Bordo – Annesi 3:1, Ayaçço – Trua 1:0, Amyen – Qrenobl 1:2, Oser – Sent-Etyen 5:2, Kan – Keviyi 3:3, Laval – Konkarno 0:3, Paris – Bastiya 1:0, Pau – Anje 4:4, Rodez – Genqam 0:0, Valensyenn – Dyunkerk 0:1.
1. Laval 14 9 2 3 16-10 29
2. Anje 14 8 3 3 23-14 27
3. Oser 14 7 4 3 30-16 25
4. Qrenobl 14 6 6 2 18-14 24
5. Sent-Etyen 14 7 3 4 15-12 24
6. Ayaçço 14 6 5 3 15-12 23
7. Genqam 14 5 6 3 20-13 21
8. Rodez 14 5 5 4 23-21 20
9. Pau 13 5 4 4 23-24 19
10. Amyen 14 5 4 5 12-15 19
11. Konkarno 13 5 3 5 14-16 18
12. Paris 14 5 2 7 16-18 17
13. Kan 14 4 4 6 23-21 16
14. Bastiya 14 4 4 6 14-19 16
15. Annesi 14 3 6 5 17-22 15
16. Bordo (-1) 14 4 4 6 14-20 15
17. Trua 14 2 7 5 16-18 13
18. Dyunkerk 14 3 3 8 12-21 12
19. Keviyi 14 2 5 7 18-22 11
20. Valensyenn 14 1 6 7 9-20 9
Bombardir: Mendi (Kan) - 10.