• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ qələbələri sıralayır, izləyiciləri tez-tez dəyişir – TURUN ŞƏRHİ

Dünya futbolu

21-02-2024, 22:0

Fransa çempionatının 22-ci turundan sonra artıq PSJ-yə qızıl medalları təqdim etmək olar.

"Football-plus.az" xəbər verir ki, Luis Enrikenin komandası “Nant”la səfər oyununda yaxşı təsir bağışlamasa da, 2:0 hesabıyla qələbə qazana bildi. Liderin ən yaxın izləyicisi ondan artıq 13 xal geri qalır. 2-ci pillədə 60-cı dəqiqədə azlıqda qalsa da, “Marsel”in qapısından qələbə topunu 89-cu dəqiqədə keçirən “Brest” qərarlaşıb. Yeri gəlmişkən, bu məğlubiyyət Cennaro Qattuzoya baha başa gəldi. “Marsel” rəhbərliyi oyundan sonra ötən ilin sentyabrından “sükan arxasında” olan italiyalı mütəxəssisə istefaya göndərildiyini bildirdi.

“Nitsa” və “Monako” uğursuz nəticələrlə PSJ-nin “çörəyinə yağ sürtür”. “Qartallar” səfərdə “Lion”a uduzdu. Pyer Saj “şirlər”i həyata qaytarıb, onlar yavaş-yavaş turnir cədvəlinin zirzəmisindən uzaqlaşmaqdadı. İlk yarıda daha yaxşı təsir bağışlayan meydan sahibləri 22-ci dəqiqədə hesabı açdı. 2-ci hissədə isə “Nitsa” üstün idi, nəinki hesabı bərabərləşdirməyə, hətta qələbə qazanmağa bəs edəcək qədər təhlükəli vəziyyət yaratdı. Ancaq bəxt “Lion”un üzünə güldü.

“Monako” cəzalı Qolovinin yoxluğunda evdə “Tuluza”ya uduzdu. Bu məğlubiyyət “knyazlar”a iki pillə geriləmək bahasına başa gəldi. İş ondadı ki, “Brest”lə yanaşı, “Lill” də onları arxada qoydu. “Şimallı itlər” evdə elitanın debütantı “Havr”ı darmadağın etdi. 14-cü dəqiqədə standart vəziyyətdən sonra Devid hesabı açdı. Fasilə ərəfəsində kanadalı forvard daha bir qol vurdu. Fasilədən dərhal sonra Unasın qazandığı penaltini Devid qola çevirə bilməsə də, qapıçıdan dönən topa özünü yetirib fərqi darmadağın həddinə çatdırdı.

Turun qalan oyunlarına gəlincə, “Reyms”lə “Lans” 1:1 hesablı heç-heçəyə razılaşdı. “Renn” “Klermon”, “Monpelye” “Mets” üzərində inamlı qələbə qazandı, “Strasbur” isə evdə “Loryan”a uduzdu.

22-ci tur
Lion – Nitsa 1:0
Manqalya, 22. (48033)
Nitsa: Bulka, Bar, Ndaişimay (Klod-Moris, 59), Todibo, Lotomba, Rosario, Türam, Sanson (Luşe, 71), Şo (Balde, 81), Gessand (Moffi, 59), Lyabord (Boqa, 59).
Lill – Havr 3:0
Devid, 14; 44; 49. (40317)
Lill: Şevalye, İsmaili, Aleksandro, Yoro, Santuş, Bentaleb (Haraldsson, 65), Andre, Unas (Jeqrova, 65), Qomes (Buaddi, 82), Kabella (Moraiş, 75), Devid (Yazıcı, 75).
Nant – PSJ 0:2
L.Ernandes, 60. K.Mbappe, 78-p. (34038)
PSJ: Donnarumma, L.Ernandes, Pereyra, Markinyos (Beraldo, 70), Zair-Emeri, Li Kan İn (Dembele, 62), Uqarte, Vitinya, Barkola (Ramuş, 46), Kolo Muani (Hakimi, 62), Asensio (E.Mbappe, 62).
Monako – Tuluza 1:2
Akliuş, 48 – Syerro, 41. Koşta, 70. (4702)
Monako: Ken, Yakobs (Uattara, 79), Salisu, Maripan, Kerer, Fofana, Zakariya, Kamara (Kulibali, 25), Akliuş, Baloqun (Ben Seqir, 71), Minamino.
Strasbur – Loryan 1:3
Jilber, 51 – Bamba, 2; 45+2. Ponso, 49. (25103)
Renn – Klermon 3:1
Omari, 31. Terrye, 58; 64 – Matsima, 62. (27501)
Monpelye – Mets 3:0
Silla, 3. Sanyan, 50. Savanye, 85-p. (12532)
Reyms – Lans 1:1
Diakite, 41 – Said, 45+1. (20116)
Brest – Marsel 1:0
Lis-Melu, 89. (13800)
1. PSJ 22 16 5 1 53-18 53
2. Brest 22 11 7 4 31-18 40
3. Nitsa 22 11 6 5 22-15 39
4. Lill 22 10 8 4 32-17 38
5. Monako 22 11 5 6 41-32 38
6. Lans 22 10 6 6 28-21 36
7. Renn 22 9 7 6 34-26 34
8. Reyms 22 9 4 9 28-30 31
9. Marsel 22 7 9 6 29-24 30
10. Strasbur 22 6 7 9 23-32 25
11. Lion 22 7 4 11 23-34 25
12. Havr 22 5 9 8 23-28 24
13. Tuluza 22 5 8 9 22-30 23
14. Monpelye 22 5 8 9 24-27 22
15. Loryan 22 5 7 10 31-43 22
16. Nant 22 6 4 12 22-34 22
17. Mets 22 4 5 13 18-35 17
18. Klermon 22 3 7 12 16-36 16
Bombardirlər: K.Mbappe (PSJ) – 20, Ben Yedder (Monako), Lakazett (Lion), Devid (Lill) - 11.
Növbəti turun oyunları fevralın 23-25-i aralığında keçiriləcək: Mets – Lion, Loryan – Nant, Strasbur – Brest, Lans – Monako, Havr – Reyms, Tuluza – Lill, Nitsa – Klermon, PSJ – Renn, Marsel – Monpelye.

Turun rəqəmi
1 – “Loryan”ın hücumçusu Məhəmməd Bamba son 50 ildən artıq müddətdə Liqa 1-də keçirdiyi ilk 4 oyunun hər birində fərqlənən yeganə futbolçudu. Sonuncu dəfə bunu 1973-cü ilin oktyabrında “Strasbur”un oyunçusu Giora Şpigel bacarıb.

Turun ulduzu
Conatan Devid (Lill) – kanadalı hücumçu komandası üçün “qol maşını” rolunu oynayır. “Havr”la oyunda het-trik etməklə bombardirlər yarışına qoşuldu. Özü də başqa bombardirlərdən fərqli bütün qolları oyun vəziyyətindən vurub. Devidin artıq qitə nəhənglərinin maraq dairəsinə düşməsi təsadüfi deyil.

Turun sitatı
Adi Hütter, “Monako”nun baş məşqçisi: “Bu mövsüm hədsiz çox eniş-yoxuşumuz var. Bunu və “Havr”la oyunu götürsək, 33 zərbəmiz olsa da, cəmi iki qol vurmuşuq. Qol vəziyyətlərindən yararlana bilmirik. Digər tərəfdən, standart vəziyyətlərdən çox asan qollar buraxırıq. Başverənləri təhlil etmək çox çətindi”.

Faktlar
* Bu mövsüm yalnız iki futbolçu keçirdiyi oyun sayından çox qol vurub. Bunlar Kilian Mbappe (20 oyun, 21 qol) və Məhəmməd Bambadı (4 oyun, 5 qol).
* PSJ son 18 oyunda məğlubiyyət üzü görməyib. Luis Enrikenin komandası ötən il noyabrın 7-də Çempionlar Liqasında “Milan”a uduzandan sonra keçirdiyi oyunların 14-də qələbə qazanıb, 4-də heç-heçə edib.
* Mbappe PSJ-nin heyətində keçirdiyi son 11 oyunun 10-da fərqlənib (14 qol). Son iki ayda 14 qol vurub. Gənc ulduz dekabrın 17-dən bəri meydana çıxdığı oyunlarda yalnız “Brest”in qapısına yol tapa bilməyib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-04-2023, 19:0

PSJ və “Lans” qalib gəldi, “Marsel”lə “Monako” xal itirdi - ŞƏRH

Dünya futbolu

25-10-2023, 19:0

Qolovin “Monako”nu zirvədə saxladı, “Marsel” yenə büdrədi - TURUN ŞƏRHİ

Dünya futbolu

5-04-2023, 21:0

PSJ 5-ci dəfə uduzdu, liderin əsas izləyicisi dəyişdi – 29-cu turun şərhi

Dünya futbolu

17-01-2024, 19:0

PSJ ən yaxın izləyicisindən 8 xal uzaqlaşdı

Dünya futbolu

8-11-2023, 10:0

Liderlər qələbə qazandı, “Marsel” yenə büdrədi - TURUN ŞƏRHİ

Aktual
“Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
“Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
“Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
"Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
“Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
1 xal “Neftçi”yə sərf etdi, yoxsa “Zirə”yə?
Son xəbərlər
  • Bu gün, 23:45
    Çempionlar Liqasında hamını arxada qoydu
  • Bu gün, 22:55
    Ferstappen mövsümün sonuna qədər “Red Bull”dan getməyəcək
  • Bu gün, 22:26
    Cokoviç Olimpiadadan sonra karyerasını bitirmək istəyir
  • Bu gün, 21:55
    Maradonanın ölümünə görə yeni proses başladı
  • Bu gün, 21:34
    “Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
  • Bu gün, 21:03
    Fanatlar fotoqraflara xəsarət yetirdilər
  • Bu gün, 20:32
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Bu gün, 20:01
    Rəhim Həsənov Elçin Məsiyevlə İnqilab Məmmədovun səhvlərini açıqladı - VİDEO
  • Bu gün, 19:40
    “Neftçi”yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik" - BƏYANAT
  • Bu gün, 19:09
    42 yaşında “daha bəsdi” dedi
  • Bu gün, 18:38
    Avtoqəzada həlak oldu...
  • Bu gün, 18:07
    “Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
  • Bu gün, 17:52
    “Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
  • Bu gün, 17:31
    “Palmeyras”ın qələbə seriyası San Paulu derbisində qırıldı - İCMAL
  • Bu gün, 17:10
    ''Zenit'' liderliyi ''Krasnodar''dan ala bilmədi - İCMAL
  • Bu gün, 16:59
    “İnter” “Komo”nu “ÇL zonası”ndan çıxardı - İCMAL
  • Bu gün, 16:28
    “Monako” darmadağın oldu və 7-ci pilləyə düşdü - İCMAL
  • Bu gün, 15:57
    Dörd komanda növbəti mərhələyə vəsiqəni təmin edib
  • Bu gün, 15:36
    Lebron: 12 min məhsuldar ötürmə!
  • Bu gün, 15:15
    Prezident kuboku “Kolorado”ya veriləcək
  • Bu gün, 14:54
    "Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
  • Bu gün, 14:33
    “Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
  • Bu gün, 14:12
    1 xal “Neftçi”yə sərf etdi, yoxsa “Zirə”yə?
  • Bu gün, 13:51
    Qax Lənkəran nağılını bitirdi
  • Bu gün, 13:30
    Millimizin heyəti açıqlandı
  • Bu gün, 13:09
    "Zirə"nin 100-cü "sülh"ü
  • Bu gün, 12:58
    Komandasının növbəti oyununu buraxacaq
  • Bu gün, 12:37
    "Turan Tovuz"da iki yubiley
  • Bu gün, 12:16
    İngiltərədə yerini dəyişə bilər
  • Bu gün, 11:55
    Beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Bu gün, 11:34
    Premyer-liqada son 10 mövsümün azarkeş rekordu
  • Bu gün, 11:13
    Konte Neapolu tərk edəcək?
  • Bu gün, 10:52
    Tbilisidə Azərbaycan cüdosunun arxasını yerə vurdular! – 15 idmançı, 0 qızıl...
  • Bu gün, 10:31
    Klubu ilə müqaviləsini yenilədi
  • Bu gün, 10:00
    Lissabondan Milana üz tutmaq şansı var
Daha çox
Oxunub: 523
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 262
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 261
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 238
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 182
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 175
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə