Srağagün La Liqanın 26-cı turunda “Real” çətinliklə də olsa, doğma “Santyaqo Bernabeu”da “Sevilya”nı məğlub edərək izləyicilərinə xal fərqini azaltmaq fürsəti vermədi.
"Football-plus.az" xəbər verir ki, bir sıra hadisələrlə zəngin olan qarşılaşmanın ən diqqətçəkən olayı Arda Gülərlə bağlıdı. 58-ci dəqiqədən etibarən isinmə hərəkətlərinə başlayan gənc türkiyəli ulduz, nəhayət, 78-ci dəqiqə meydanın kənarına gələrək oyuna qoşulmağa hazırlaşdı. Qəribədi ki, top 2 dəqiqəyə yaxın meydanı tərk etmədi. 81-ci dəqiqədə isə Modriç baxımlı zərbə ilə qələbə qolunun müəllifi oldu. Xorvatiyalı ulduz 75-ci dəqiqədə meydana çıxmışdı. Bu qoldan sonra Madrid nəhənginin baş məşqçisi Karlo Ançelotti Ardanı oyuna salmaq istəyindən vaz keçdi və futbolçu yenidən ehtiyat oyunçular skamyasına əyləşməli oldu. Qalan dəqiqələrdə italiyalı mütəxəssis daha iki dəyişikliyə əl atdı. Amma yenə də Ardaya ehtiyac duymadı. Meydana çıxanlar isə Sebalyosla uruqvaylı Alvaro Rodriges oldu. İşin üzücü tərəfi odu ki, həmin gün Ardanın doğum günü idi! Fevralın 25-də Türkiyə yığmasının üzvünün 19 yaşı tamam oldu. Gülər hələ ki 3-ü La Liqada olmaqla “Kral klubu”nun heyətində 5 rəsmi matçda ümumilikdə 92 dəqiqə meydanda olub. Oyundan sonra, təbii ki, Ançelottidən Ardanı meydana buraxmaq qərarından vaz keçməsinin səbəbi də soruşuldu. Təcrübəli məşqçinin cavabı belə oldu: