Qadın voleybolçulardan ibarət “DH Volley” 2026/27 mövsümündə CEV Çelenc Kubokunda mübarizəyə başlayıb.
"Football-plus.az" xəbər verir ki, 1/32 final mərhələsinin ilk oyununda Danimarkada yerli “Holte IF”nın qonağı olan təmsilçimiz rəqibini 3:1 hesabı ilə məğlub edərək (25:14, 26:24, 22:25, 25:22) turnirə qələbə ilə start verib.
Cavab oyunu noyabrın 5-də Bakıda keçiriləcək.
Ölkə çempionatının gümüş mükafatçısı avrokuboklarda ilk dəfə iştirak edir.
"DH Volley" Danimarka klubunu məğlub etdi
İdman





