• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Arsenal”ın pley-off sindromu davam edir

Çempionlar Liqası

26-02-2024, 19:0

Fevralın 21-də Çempionlar Liqasının (ÇL) 1/8 finalının ilk oyunlarına yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, Portuda keçirilən matçda eyniadlı komanda “Arsenal”a minimal hesabla qalib gəldi. “Napoli” – “Barselona” oyunu isə 1:1 hesabıyla nəticələndi. Bu cütlərdə cavab görüşləri martın 12-nə təyin olunub.

Portu - Arsenal 1:0 (0:0)
Portu (Portuqaliya): Koşta, Joao Mario, Pepe, Otavio, Vendell (Euştakio, 90), Varela, Niko (Xayme, 81), Konseysao (Borjeş, 85), Pepe Akino, Qaleno, Evanilson (Martines, 85).
Arsenal (London, İngiltərə): Raya, Uayt, Saliba, Qabriel, Kivyor, Rays, Edeqor, Haverts, Saka, Trossar (Juninyo, 74), Martinelli.
Qol: Qaleno, 90+4.
Vərəqə: Rays, 2. Konseysao, 52. Kivyor, 57. Haverts, 61. Niko, 62 – sarı.
Hakim: Sərdar Gözübüyük (Niderland).
21 fevral. Portu. 49111 tamaşaçı.
oyunun statistikası
6 (2) qapıya (“çərçivə”yə) zərbə 7 (0)
1 künc zərbəsi 10
0 ofsayd 0
14 qayda pozuntusu 22
2 (0) sarı (qırmızı) vərəqə 3 (0)
38 topa sahibolma (faizlə) 62

ÇL-də 2016/17 mövsümündən sonra ilk dəfə pley-offa vəsiqə qazanan “Arsenal” üçün statistika heç də ürəkaçan deyildi. İngiltərə klubu 1/8 finalın ilk oyunu çərçivəsində keçirdiyi əvvəlki 6 matçda məğlub olmuşdu. Londonluların son 7 halda bu mərhələni adlaya bilməməsi də diqqətdən yayınmayan faktdı. Onların çərçənbə gününə qədər “Portu” ilə keçirdiyi 3 oyunda qələbə üzü görmədiyini (1 heç-heçə, 2 məğlubiyyət) də qeyd edək. Bu da maraqlı idi ki, Portuqaliya klubu İngiltərə təmsilçiləri ilə keçirdiyi əvvəlki 5 matçda qalib gələ bilməmişdi (1 heç-heçə, 4 məğlubiyyət).
Fevralın 21-də “Portu”nun yox, “Arsenal”ın uğursuz seriyası davam etdi. Halbuki Milel Artetanın komandası topa daha çox sahib oldu. Buna baxmayaraq, bu plandakı üstünlüyündən heç cür yararlana bilmədi. Londonluların qapı istiqamətində endirdiyi 7 zərbəsindən heç birinin dəqiq alınmadığını qeyd edək. Olduqca “dişsiz” görünən qonaq komanda Koştanın qoruduğu qapı qarşısında real qol vəziyyəti yarada bilmədi. Meydan sahibləri premyer-liqada qol vurmaqda əsla çətinlik çəkməyən rəqibin hücum potensialını zərərsizləşdirməyin yolunu yaxşı tapmışdılar. Gözlənildiyi kimi, Serjio Konseysaonun çalışdırdğı komanda ilk növbədə qapısının toxunulmazlığını təmin etməyə çalışırdı. Buna nail olan portuluların oyunçusu Qaleno ilk hissədə dirəyi nişan aldı. Braziliyalı yarımmüdafiəçi qaçırdığı imkanın əvəzini son saniyələrdə çıxdı: onun uzaqdan endirdiyi zərbə “Arsenal”ın pley-off sindromunu davam etdirdi.

Faktlar
* “Arsenal”ın 5 oyunluq qələbə seriyası qırıldı. Komanda bu il ilk dəfə yanvarın 7-də İngiltərə kuboku oyununda “Liverpul”a məğlub olmuşdu.
* “Arsenal” ÇL-in pley-offunda ardıcıl 5-ci məğlubiyyətini aldı. İngiltərə klubu 2016/17 mövsümünün 1/8 finalında “Bavariya”ya (1:5, 1:5), 2015/16 mövsümünün eyni mərhələsində isə “Barselona”ya (0:2, 1:3) uduzmuşdu.
* Pepe ÇL-in tarixinə ən yaşlı sahə oyunçusu kimi düşdü. “Portu”nun müdafiəçisi fevralın 21-də meydana 40 yaş 360 günlüyündə çıxdı. Maraq üçün fevralın 26-da onun 41 yaşının tamam olacağını qeyd edək. Turnirin ən yaşlı oyunçusu isə Marko Ballottadı. “Latsio”nun sabiq qapıçısı 2007-ci ilin dekabrında “Real”a qarşı 43 yaş 262 günlüyündə oynayıb.

Oyundan sonra
Serjio Konseysao, “Portu”nun baş məşqçisi: “Oyunçular gördükləri işdən razı qalmalıdılar. Onlar əvəldən axıra qədər hədəfə köklənmişdilər. Rəqibə mane olmaq üçün hansı mövqeləri tutmalı olduqlarını və hücumda effektli olmaq üçün necə oynamaq lazım gəldiyini yaxşı bilirdilər. Əsl Çempionlar Liqası matçının şahidi olduq. Rəqib topa daha çox nəzarət etdi, amma “Portu” daha təhlükəli idi. Biz cinahlarda çox fəal oynadıq. Həm də rəqibin meydanın mərkəzində istədiyi oyunu sərgiləməsinə imkan vermədik. Oyunla bağlı planımızı böyük ölçüdə yerinə yetirdik, hətta standart vəziyyətlər üzrə hazırladığımız plan da baş tutdu. Buna görə futbolçularımızı təbrik edirəm”.

Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Son anda buraxılan qolla uduzduğumuza görə çox məyusam. Həmin epizodda o qədər də yaxşı oynamadıq. Çempionlar Liqasında belə halda səni sərt cəzalandırırlar. Qalib gələ bilmirsənsə, heç olmasa uduzma. Meydanda dominantlıq etdik, lakin xüsusilə ilk hissədə hədəfə doğru real addım atmaqda çətinlik çəkdik. Daha çox aqressiv olmalı, rəqibin müdafiə xətlərini yarmalı, irəlidə daha təhlükəli və effektli oynamalı idik. Bu baxımdan ikinci hissədə daha yaxşı təsir bağışladıq. Qapı qarşısında kifayət qədər şansımız oldu. Ancaq heç birindən yararlana bilmədik. Topu üç dəfə qapının qarşısında rəqibə verməklə qələbə qazana bilməzdik. 1/4 finala çıxmaq istəyirsənsə, rəqibi məğlub etməlisən. “Emireyts”də bunu bacarmalıyıq. Biz daha yaxşı oynaya bilərik. “Portu” arxa xətdə yaxşı təşkilatlanmış komandadı. Bu komanda daim rəqibin oyun ritmini korlamaqla məşğuldu. Rəqibdən kiməsə toxunmağa belə çəkinirdik. Ona görə ki, ən kiçik təmasda belə cərimə zərbəsi təyin olunurdu. Bu oyundan yaxşı dərs alacaq, cavab görüşünə lazımi qaydada hazırlaşacaq və istəyimizə çatacağıq”.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

21-09-2023, 22:0

“Barselona” və “Portu” bir addım önə çıxdı - REPORTAJ

Çempionlar Liqası

29-10-2023, 18:0

“Barselona” itkisiz irəliləyir

Çempionlar Liqası

8-10-2023, 19:0

“Barsa” çətin qələbə qazandı, “Şaxtyor” geridönüş etdi - TƏHLİL

Çempionlar Liqası

1-12-2023, 22:0

“Barselona” əzmkar qələbə ilə işi bitirdi

Çempionlar Liqası

17-12-2023, 20:0

“Antverp” “qapını möhkəm çırpdı”

Çempionlar Liqası

24-09-2023, 13:0

“Arsenal” favoritdi, qalan komandalar 2-ci yer uğrunda oynayacaq

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Dünən, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Dünən, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Dünən, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Dünən, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Dünən, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • 10-08-2026, 23:0
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • 10-08-2026, 23:0
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 103
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə