• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Antverp” “qapını möhkəm çırpdı”

Çempionlar Liqası

17-12-2023, 20:0

H qrupu
Antverp – Barselona 3:2 (1:1)

Antverp (Antverpen, Belçika): Byute, De Lat (Van den Bosx, 90+4), Alderveyreld, Kulibali, Veyndal, Keyta, Vermeren, Yusuf, Kerk (Bataye, 69), Yanssen (İlenihena, 79), Ecuke (Korbani, 79).
Barselona (İspaniya): Penya, Balde, Kristensen, Kunde, Fort (Kanselo, 60), Roberto (Kasado, 76), Romeu (Gündoğan, 60), Lopes (Pedri, 60), Torres, Levandovski (Giyu, 72), Yamal.
Qollar: Vermeren, 2 (1:0). Torres, 35 (1:1). Yanssen, 56 (2:1). Giyu, 90+1 (2:2). İlenihena, 90+2 (3:1).
Vərəqələr: Veyndal, 23. Yamal, 42. Roberto, 54. De Lat, 90. Torres, 90+6. Bataye, 90+7 – sarı.
Hakim: Marko Quida (İtaliya).
13 dekabr. Dorn. 13550 tamaşaçı.

oyunun statistikası
11 (5) qapıya (“çərçivə”yə) zərbə 11 (3)
4 künc zərbəsi 6
2 ofsayd 0
10 qayda pozuntusu 8
3 (0) sarı (qırmızı) vərəqə 3 (0)
36 topa sahibolma (faizlə) 64

Bu oyunda heç bir turnir vəzifəsi həll olunmurdu. Ancaq bu məqam oyunun baxımlılığına təsir göstərmədi. Əksinə, futbolçuların üzərində heç bir təzyiq olmayanda şou izləmək ehtimalı artır. Artıq 2-ci dəqiqədə “Antverp” hesabı açanda hər kəs bu haqda düşünməyə başladı. Meydan sahibləri oyuna necə inamlı başladısa, Romeu özünü itirərərək topu Vermerenə ötürdü, bir növ “al, vur” dedi. Heç də əsas heyətlə oynamayan “Barselona” uzun müddət xətlərarası əlaqəni qaydaya salmaqla məşğul oldu. Və anlaşma bərpa olunan kimi hesab bərabərləşdi. Cavab qolunu Yamalla Torres təşkil etdi. Birinci ötürmə verdi, ikinci onu qola çevirdi. “Antverp” 2-ci hissədə yenidən önə keçdi, bu dəfə Yanssen fərqləndi. Təşəbbüsü ələ keçirən meydan sahibləri bir-birinin ardınca Penyanın qapısı önündə təhlükəli vəziyyət yaratmağa başladı. Sonda isə “Antverp” nədənsə həm topu, həm də ərazi üstünlüyünü rəqibə verdi. Uzatma dəqiqələrini izləməyə dəyərdi. Giyu hesabı bərabərləşdirəndən dərhal sonra İlenihena belçikalıları önə keçirdi. “Barsa”nın 3-cü dəfə hesabı bərabərləşdirmək üçün gücü qalmamışdı.

Portu – Şaxtyor 5:3 (2:1)
Portu (Portuqaliya): D.Koşta, Sanusi, Kardoso, Pepe, Sançes (Mario, 76), Pepe Akino (Franko, 81), Varela, Euştakio (Qruiç, 81), Qaleno (Xayme, 88), Evanilson (Konseysao, 81), Taremi.
Şaxtyor (Donetsk, Ukrayna): Riznık, Bondar, Matviyenko, Rakitski (Kelsi, 72), Qoçoleişvili, Stepanenko, Bondarenko (Nazarina, 85), Sudakov, Zubkov (Yeginaldo, 85), Sikan, Krıskiv (Neverton, 59).
Qollar: Qaleno, 9 (1:0). Sikan, 29 (1:1). Qaleno, 43 (2:1). Taremi, 62 (3:1). Euştakio, 73-öz qapısına (3:2). Pepe, 76 (4:2). Konseysao, 82 (5:2). Yeginaldo, 88 (5:3).
Vərəqələr: Ramuş, 30 (meydandan kənarda). Sudakov, 54. Nazarina, 90. Bondar, 90+1 – sarı.
Hakim: İştvan Kovaç (Rumıniya).
13 dekabr. Portu. 49113 tamaşaçı.

oyunun statistikası
19 (9) qapıya (“çərçivə”yə) zərbə 9 (6)
5 künc zərbəsi 1
1 ofsayd 0
12 qayda pozuntusu 17
1 (0) sarı (qırmızı) vərəqə 3 (0)
50 topa sahibolma (faizlə) 50

Pley-offa vəsiqə uğrunda gərgin və qapalı mübarizə gözləyirdik, əvəzində gecənin ən məhsuldar oyununa şahidlik etdik. Artıq 9-cu dəqiqədə bu komandalar arasındakı ilk oyunun da qəhrəmanlarından olan Qaleno hesabı açdı. 29-cu dəqiqədə “Şaxtyor” bəlkə də bütövlükdə qrup mərhələsinin ən kuryoz qolunu vurdu: laysman ofsayd qeydə aldı, baş hakim ona fikir vermədi, “Portu”nun oyunçuları bayrağa görə mübarizəni dayandırdı və Sikan topu boş qapıya göndərdi. VAR isə qolun qaydalar çərçivəsində vurulduğuna qərar verdi. Ukraynalı qonaqların sevinci uzun sürmədi. Ona görə ki, Qaleno yenə səhnəyə çıxdı və komandaların fasiləyə bərabərliklə yollanmasına imkan vermədi. Qaleno fasilədən sonra da dayanmadı, özünü assistent kimi sınadı, həm Taremiyə, həm də Pepeyə məhsuldar ötürmə verdi. Bu qollar arasında Euştakio topu öz qapısına göndərməklə intriqanı bərpa edirmiş kimi görünsə də, sonluq “Portu” üçün sakit keçdi. Sonradan meydana çıxan Konseysao hesabı 5:2 edəndən sonra Yeginaldonun vurduğu təsəlli qolu “əjdahalar”ın əhvalını korlamadı. “Portu” qrupun 2-ci komandası kimi ÇL-də qaldı, “Şaxtyor” isə özünü Avropa Liqasında göstərməlidi.

1. Barselona 6 4 0 2 12-6 12
2. Portu 6 4 0 2 15-8 12
3. Şaxtyor 6 3 0 3 10-12 9
4. Antverp 6 1 0 5 6-17 3

Oyundan sonra
Mark van Bommel, “Antverp”in baş məşqçisi: “Möhtəşəm gecə idi. Oyuna fantastik qolla başladıq. Oyunun taleyini həll edən kiçik detallar var. Biz hesabı 2:1 edəndə stadion az qala partlayacaqdı. Hesab 2:2 olanda düşündüm ki, yenə... “Şaxtyor” və “Portu” ilə çox yaxşı oynasaq da, 2-ci hissədə nəzarəti itirdik və məğlub olduq. Ancaq bu dəfə hesab bərabərləşəndən bir dəqiqə sonra 3-cü qolu vurduq”.

Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Mən narahatam, komanda özünü rahat hiss etmir. Uğursuzluq zolağına düşmüşük, vəziyyəti düzəltməliyik. Rəqib çoxlu qol vəziyyəti yaratdı. Özümüzə tənqidi yanaşmalıyıq. Buna baxmayaraq, qrupdakı hədəfimizə çatdıq. Çempionlar Liqasında hamıya çətindi. Güclü rəqibi – “Portu”nu səfərdə məğlub etdik, bu isə asan deyil. Yenidən yaxşı futbol göstərməyə başlamalıyıq”.

Vanderson Qaleno, “Portu”nun yarımmüdafiəçisi: “Hər oyunu yaxşı keçirmək üçün hər gün çalışıram. Yenidən “Şaxtyor”la oyunda dubl edə bildiyimə görə çox sevinirəm. Biz heç vaxt heç-heçəyə oynamırıq, hərçənd belə nəticə bizi qane edirdi. Baş məşqçi dedi ki, bu oyun finala bənzəyir və qalib gəlməyik. Missita yerinə yetirildi. Püşkatmanın necəliyindən asılı olmayaraq, istənilən komandayla mübarizə aparacağıq. Gözəl komandalar var, ancaq biz də çox güclüyük”.

Faktlar
* “Barselona” 2021-in noyabrından “sükanı arxasında” olan Xavinin rəhbərliyi altında avrokuboklarda 8 dəfə uduzub. Komanda bu mütəxəssislə ÇL-də keçirdiyi oyunların 6-da qələbə qazanıb, 2-də heç-heçə edib, 6-da uduzub, Avropa Liqasında isə göstəricilər belədi: 2 qələbə, 4 heç-heçə, 2 məğlubiyyət.
* Xavi həm də “Barsa”nı çalışdıranlar arasında ÇL-də ən yüksək məğlubiyyət faizinə malikdi. O, 14 oyunun 6-da məğlubiyyətlə barışıb ki. bu da 42,8 faiz edir.
* “Barselona” son 34 ildə ilk dəfə avrokuboklarda Belçika komandasına uduzdu. “Blauqrana” sonuncu dəfə 1989-cu il oktyabrın 18-də - Kuboklar Kuboku çərçivəsində “Anderlext”lə oyunda məğlub olmuşdu (0:2). Belçika komandalarına qarşı 19 oyun keçirən Kataloniya nəhəngi bunların 13-də qalib gəlib, 5-də uduzub, 1-də heç-heçə edib.
* “Antverp” tarixində ilk dəfə ÇL-də qələbə qazandı. Komanda indiyə qədər bu turnirdə (Çempionlar Kubokunda) keçirdiyi 7 oyunun hamısında məğlubiyyətlə üzləşmişdi.

Bombardirlər: Qrizmann, Morata (hər ikisi “Atletiko”), Heylunn (MY), Holann (MS) – 5.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

21-09-2023, 22:0

“Barselona” və “Portu” bir addım önə çıxdı - REPORTAJ

Çempionlar Liqası

8-10-2023, 19:0

“Barsa” çətin qələbə qazandı, “Şaxtyor” geridönüş etdi - TƏHLİL

Çempionlar Liqası

1-12-2023, 22:0

“Barselona” əzmkar qələbə ilə işi bitirdi

Çempionlar Liqası

29-10-2023, 18:0

“Barselona” itkisiz irəliləyir

Çempionlar Liqası

8-10-2023, 18:0

Favoritlərdən əzmkar qələbələr - TƏHLİL

Dünya futbolu

15-12-2023, 21:0

“Lans”ın qələbəsi ÇL-də qalmağa kifayət etmədi

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 326
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə