• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Arsenal” favoritdi, qalan komandalar 2-ci yer uğrunda oynayacaq

Çempionlar Liqası

24-09-2023, 13:0

B qrupu
Arsenal – PSV 4:0 (3:0)
Arsenal (London, İngiltərə): Rayya, Uayt, Saliba, Qabriel, Zinçenko (Tomiyasu, 58), Edeqor, Rays (Jorjinyo, 76), Haverts, Saka (Vieyra, 69), Jezus (Smit-Rou, 69), Trossar (Nelson, 58).
PSV (Eyndoven, Niderland): Benites, Teze, Bella-Koçap (Ramalyo, 76), Boskalyi, Dest, Shauten, Derman, Saibari (Tillman, 66), Bakayoko (Losano, 66), De Yonq (Pepi, 90), Lans (Fertesen, 77).
Qollar: Saka, 8 (1:0). Trossar, 20 (2:0). Jezus, 38 (3:0). Edeqor, 70 (4:0).
Vərəqələr: Uayt. 43. Boskalyi, 48. Tillman, 80. Shauten, 87 – sarı.
Hakim: Feliks Svayer (Almaniya).
20 sentyabr. London. 58360 tamaşaçı.
oyunun statistikası
18 (8) qapıya (“çərçivə”yə) zərbə 11 (4)
4 künc zərbəsi 4
3 ofsayd 1
8 qayda pozuntusu 8
1 (0) sarı (qırmızı) vərəqə 3 (0)
60 topa sahibolma (faizlə) 40

“Arsenal” ÇL üçün darıxmışdı. Vengerin vaxtında bu turnirdə oynamaq komanda üçün adi iş idisə, sonradan uzunmüddətli fasilə yarandı. Artetanın uğurlu ötən mövsümü “topçular”ı qitənin əsas turnirinə qaytardı. Və komanda dönüşünü parlaq qələbə ilə qeyd etdi.

“Arsenal” Şimali London derbisi ərəfəsində azarkeşlərinə müsbət emosiyalar bəxş etməliydi. Niderland çempionatında liderlik edən rəqibdən isə daha ciddi müqavimət gözlənilirdi. Ancaq elə ilk yarıda oyunun taleyi həll olundu. Əvvəlcə Saka qapıçıdan dönən topa çatdı, ardından Trossar ustalıqla ötürməu qapadı, 3-cü topu isə Jezus vurdu. Yəni fasiləyə qədər oyunda heç bir intriqa qalmadı. İmkan olsaydı, heç kim 2-ci hissədə meydana çıxmaq istəməzdi. PSV anlayırdı ki, belə oynayan “Arsenal”la görüşdə geridönüş etmək mümkünsüzdü. “Topçular” 2-ci hissədə qolları sıralamağa o qədər də həvəs göstərmədi. Hər halda, meydan sahibləri daha bir qol vurdu. Edeqor bu qolu haqq etmişdi. Beləliklə, “Arsenal” 7 illik fasilədən sonra ÇL-in qrup turnirinə böyükhesablı qələbə ilə döndü. Ancaq tablodakı rəqəmlərlə yanaşı, azarkeşləri komandanın parlaq oyunu da sevindirir.

Sevilya – Lans 1:1 (1:1)
Sevilya: Dmitroviç, X.Sançes (Navas, 80), Qudel, Ramos, Pedrosa, Fernando, Sou (Sumare, 63), Lamela (Lukebakio, 63), Rakitiç (Suso, 74), Okampos, Ən-Nəsiri (Dias, 80).
Lans: Samba, Qradit, Danso, Medina, Frankovski, Əbdül Səməd, Mendi (Diuf, 71), Maşado (Haydara, 85), Sotoka, Füljini (Tomasson, 76), Vahi (Gilavoqi, 71).
Qollar: Okampos, 9 (1:0). Füljini, 24 (1:1).
Vərəqələr: Medina, 14. Sotoka, 17. Samba, 18. Füljini, 30. Qudel, 37. Ramos, 70. Okampos, 73. Haydara, 90 – sarı.
Hakim: Tobias Ştiler (Almaniya).
20 sentyabr. Sevilya. 33544 tamaşaçı.
oyunun statistikası
11 (6) qapıya (“çərçivə”yə) zərbə 11 (3)
9 künc zərbəsi 6
2 ofsayd 2
18 qayda pozuntusu 16
3 (0) sarı (qırmızı) vərəqə 5 (0)
55 topa sahibolma (faizlə) 45

Həm “Sevilya”, həm də “Lans” mövsümün əvvəlini boşa verib. La Liqanın ilk üç oyununda uduzan, “yolüstü” Superkuboku da “Mançester Siti”yə verən İspaniya klubu ötən həftəsonu, nəhayət, evdə “Las-Palmas”ı məğlub edə bilmişdi. “Lans” isə cari mövsümdə, ümumiyyətlə, qələbənin nə olduğunu bilmir. Çempionatın ilk 5 oyununda yalnız 1 xal toplayan “qan-qızılılar” turnir cədvəlinin zirzəmisindədi. Son iki oyunda “quru” hesabla uduzan komandanın azarkeşləri ÇL-in startı ərəfəsində nikbinlik üçün heç bir əsas tapa bilmirdi. Lap “Sevilya” müəyyən kadr problemləri yaşasa da. Ümumiyyətlə, bu qrupda pley-offa vəsiqə uğrunsa istənilən komanda mübarizə apara bilər. Baxmayaraq ki, “Arsenal” başqalarıyla müqayisədə favoritdi. Yeri gəlmişkən, “Sevilya” ilə “Lans” indiyə qədər rəsmi oyunlarda qarşılaşmamışdı. “Lans” ÇL-in qrup mərhələsində sonuncu dəfə 20 il əvvəl oynamışdısa, “Sevilya” avrokubokların daimi-təcrübəli iştirakçısıdı. Bu üzdən qonaqlar maksimum heç-heçəyə ümid edirdi, ancaq “Sevilya” meydana ancaq qələbə üçün çıxmışdı.

...Oyun qonaqlar üçün pis başladı. Artıq 9-cu dəqiqədə künc zərbəsindən ötürməni başının arxası ilə qapıya göndərən Okampos hesabı açdı. Ancaq qonaqlar çox tez özünə gələrək hissənin ortasında hesabı bərabərləşdirdilər. Füljini cərimə zərbəsini möhtəşəm yerinə yetirdi – top düz sağ “9-luğ”a getdi. Okampos fasiləyə qədər dubl edə bilərdi, sadəcə, Samba qonaqları xilas etdi. Fasilədən sonra da oyunun axarı dəyişmədi. Oyun yenə də qarşılılıq hücumlar şəraitində keçirdi. Düzdü, “Sevilya” müəyyən üstünlüyə malik idi. Komandalar çoxlu standart vəziyyət qazandı, referi Ştiler isə sarı vərəqələri sağa-sola payladı. Məşqçilər də oyunun axarına müdaxilə etməyə çalışdı. Meydan sahiblərinin heyətində Lukebakio oyuna yaxşı qoşuldu. Belçikalı hücumçu üç təhlükəli zərbə vursa da, fərqlənə bilmədi. Sona qədər azarkeşləri gərginlikdə saxalayan oyunda başqa qol olmadı. Düzünə qalsa, komandalardan heç biri məğlubiyyəti haqq etmirdi. Bu qrupda, demək olar ki, heç nə aydın deyil. Yalnız “Arsenal” startda favorit statusunu doğrultdi. Qalan üç komanda isə 2-ci yer uğrunda mübarizə aparmağa qadirdi.

3 oktyabr: Lans – Arsenal, PSV – Sevilya.

Oyundan sonra...
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Məmnun oldum. İlk dəqiqələrdən irəli atıldıq. Həqiqətən də, hər iki cərimə meydançasında gözəl oynadıq, Çempionlar Liqasında nəyəsə iddia etmək istəyirsənsə, bu vacib şərtdi. Bu gecənin dadını çıxarmaq istəyirəm. Evə dönəndən sonra xanımımla gec axşam yeməyi təşkil edəcəm. Bu qələbənin ləzzətini yaşayandan sonra sabahdan “Tottenhem”ə köklənəcəm, çünki irəlidə bizi vacib oyun gözləyir”.

Lük de Yonq, PSV-nin hücumçusu: “Güclü rəqiblə qarşılaşacağımızı bilirdik. “Arsenal”a təzyiq göstərməyə çalışsaq da, oyunun lap əvvəlində iki qol buraxdıq. Bundan sonra oyuna nəzarəti yaxşılaşdırmağı bacarsaq da, rəqib üçüncü qolu vurdu. Elə onda oyunun bizim üçün bitdiyi aydınlaşdı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-06-2022, 17:0

Qabriel Jezus "Arsenal"a keçməyə çox yaxındı

Dünya futbolu

8-08-2023, 22:0

“Arsenal” “Mançester Siti”nin titul seriyasını bitirdi

Dünya futbolu

4-05-2023, 12:0

“Çelsi” artıq sıradan bir rəqibdi - TURUN ŞƏRHİ

Dünya futbolu

10-03-2022, 17:0

“Arsenal”da hamını arxada qoydu

Çempionlar Liqası

21-09-2023, 22:0

“Barselona” və “Portu” bir addım önə çıxdı - REPORTAJ

Dünya futbolu

2-09-2022, 14:0

Vengerdən sonranın ən güclü “Arsenal”! - TƏHLİL

Aktual
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
“Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
“Sabah”ın matçını bu kanal göstərəcək
Son xəbərlər
  • Bu gün, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Bu gün, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Bu gün, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Bu gün, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Bu gün, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Bu gün, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Bu gün, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Bu gün, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 102
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə