• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barselona” itkisiz irəliləyir

Çempionlar Liqası

29-10-2023, 18:0

H qrupu
Barselona – Şaxtyor 2:1 (2:0)
Barselona (İspaniya): Ter Ştegen, Kanselo, Arauxo, Martines (Kristensen, 82), Alonso (Balde, 70), Lopes (Kassado, 82), Romeu, Gündoğan, Yamal, Torres, Feliş (Giyu, 75).
Şaxtyor (Donetsk, Ukrayna): Riznık, Konoplya, Bondar, Matviyenko, Azarov, Stepanenko (Yeginaldo, 90+2), Zubkov, Bondarenko, Sudakov, Krıskiv (Neverton, 63).
Qollar: Torres, 28 (1:0). Lopes, 36 (2:0). Sudakov, 62 (2:1).
Vərəqələr: Torres, 43. Krıskiv, 50. Konoplya, 72. Balde, 75. Bondar, 87 – sarı.
Hakim: İvan Krujlyak (Slovakiya).
25 oktyabr. Barselona. 41409 tamaşaçı.

oyunun statistikası
18 (6) qapıya (“çərçivə”yə) zərbə 12 (1)
6 künc zərbəsi 2
2 ofsayd 0
9 qayda pozuntusu 17
2 (0) sarı (qırmızı) vərəqə 3 (1)
56 topa sahibolma (faizlə) 44

“Barselona” qrup mərhələsini uğurla adlamaqdadı. Kataloniyalılar ardıcıl 3-cü qələbəsini qazandı. Xavinin komandası ilk yarını inamlı keçirdi və bunun da məntiqi nəticəsi kimi iki qol vurdu. Torres hesabı açdı, Lopes fərqi artırdı. Marino Puşiçin rəhbərliyi altında debüt oyununa çıxan qonaqlar ilk yarıda qorxaq təsir bağışladı, keyfiyyətləi əks-hücumlar qura bilmədi. 2-ci hissənin əvvəli də “şaxtaçılar” üçün çətin keçdi, ancaq onlar 3-cü qolu buraxmadı. Əvəzində saatın tamamında qonaqlar gözlənilmədən fərqi azaldaraq intriqanı bərpa etdilər. Sudakovun qolu ukraynalıları ruhlandırdı. Sonda təşəbbüs artıq onların tərəfindəydi. “Şaxtyor”un futbolçuları son dəqiqələrdə bir neçə təhlükəli hücum qursalar da, məğlubiyyətdən qaçmaq mümkün olmadı. Çox güman, komandasının 2-ci hissədəki oyunu Xavinin xoşuna gəlmədi. Ancaq kataloniyalılar bu qələbə sayəsində qrupun vahid lideri statusunda qaldı. İndi artıq “El Klasiko”ya yüksək əhval-ruhiyyədə hazırlaşmaq olar.

Antverp – Portu 1:4 (1:0)
Antverp (Antverpen, Belçika): Byute, Bataye, Alderveyreld, Kulibali, De Lat (Veyndal, 60), Yusuf, Muyya (Ecuke, 77), Vermeeren, Ekkelenkamp, Balikvişa (Valensiya, 77/Kerk, 90), Yanssen (İlenihena, 77).
Portu (Portuqaliya): D.Koşta, Mario, Pepe, Karmu, Vendell (Evanilson, 44), Franko (Sançes, 66), Varela (Niko, 82), Euştakio (Qruyiç, 82), Qaleno, Pepe Akino (Konseysao, 82), Taremi.
Qollar: Yusuf, 37 (1:0). Evanilson, 46 (1:1). Euştakio, 54 (1:2). Evanilson, 69 (1:3). Evanilson, 84 (1:4).
Vərəqələr: Euştakio, 14. Karmu, 45+2. Pepe Akino, 62. Muyya, 72. Alderveyreld, 90 – sarı.
Hakim: Benua Bastyen (Fransa).
25 oktyabr. Antverpen. 13651 tamaşaçı.

oyunun statistikası
11 (2) qapıya (“çərçivə”yə) zərbə 10 (7)
6 künc zərbəsi 4
2 ofsayd 1
13 qayda pozuntusu 8
2 (0) sarı (qırmızı) vərəqə 3 (0)
56 topa sahibolma (faizlə) 44

İlk iki oyunda xal qazana bilməyən “Antverp” “Portu” ilə ev oyunu ərəfəsində böyük təzyiq altındaydı. Yerli azarkeşlər də oyuna xüsusi şəkildə hazırlaşmışdı. Məhz onların böyük dəstəyi sayəsində “Antverp” ilk yarını üstün keçirdi. Belçikalılar rəqibi əks-hücum taktikası seçməyə məcbur etdi. Hətta onlar Yusufun 37-ci dəqiqədə vurduğu qolla önə keçməyi də bacardılar. Ancaq 2-ci hissədə oyunun axarı radikal şəkildə dəyişdi. Əvvəlcə Evanilson, ardından Euştakio tribunaları susmağa məcbur etdi. “Portu” 2-ci hissənin ilk 10 dəqiqəsində oyunu baş-ayaq çevirdi. 2-ci hissənin ortalarında Evanilson növbəti qolu vurandan sonra isə qalibin kimliyinə aydınlıq gəldi. Hələ braziliyalı sonda növbəti dəfə fərqləndi. Serjio Konseysaonun bir əvəzləməsi oyunun taleyini müəyyənləşdirmək baxımından həlledici oldu. “Antverp” hələ də xal qazanmayıb, “Portu” isə “Barsa”nı izləməkdədi.

1. Barselona 3 3 0 0 8-1 9
2. Portu 3 2 0 1 7-3 6
3. Şaxtyor 3 1 0 2 5-7 3
4. Antverp 3 0 0 3 3-12 0
7 noyabr: Şaxtyor - Barselona, Portu – Antverp.

Oyundan sonra
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Düşünürəm ki, “Şaxtyor” həqiqətən bu oyunu bizim üçün çətinləşdirdi. Rəqib hər top uğrunda mübarizə aparırdı, texniki planda yaxşı idi. Bir neçə səhvə yol versək də, ümumilikdə oyunumuzun keyfiyyətindən razıyam. Düzdü, düşünürəm ki, daha böyük hesabla qalib gələ bilərdik. Sonda özümüz öz işimizi çətinləşdirdik. 3-cü qolu vurmamağın əziyyətini çəkdik. Felişin zədəsinə gəlincə, elə bir ciddi şey yoxdu. Həyəcanlanmağa dəyməz. Ümid edirəm ki, “Real”a qarşı oynaya biləcək”.

Marino Puşiç, “Şaxtyor”un baş məşqçisi: “Komandam son üç gündə çoxlu emosiya yaşayıb. Futbolçular bir neçə gün ərzində üç baş məşqçi görüb. Futbolçular da adamdı, onların da emosiyaları var. Komandam bu gün “Barsa” ilə bərabər mübarizə apardı, bununla qürur duyuram. Oyunçular istədiyim hər şeyi etdi. Topsuz qalanda yaxşı pressinq etdik. Düşünürəm ki, oyunçular potensialını göstərdi, bu durumdam razıyam”.

Mark van Bommel, “Antverp”in baş məşqçisi: “Çempionlar Liqası başqa səviyyədi. Səhvə yol verirsənsə, səni cəzalandırırlar. Biz hələ ki bu səviyyədən geri qalırıq, biabırçılıq deyil. “Portu” qeyri-adi dərəcədə güclü və təcrübəli komandadı. Qarşımızda çox çətin vəzifənin olduğunu bilirdik”.

Serjio Konseysao, “Portu”nun baş məşqçisi: “İlk yarıda tanınmaz haldaydıq. Ancaq 2-ci hissədəki belə oyundan sonra komandamla qürur duya bilərəm. “Artırdıq”, cəsur, öz üslubumuzda oynamağa başladıq. Növbəti dəfə belə oyunu ilk dəqiqələrdən görmək istəyirəm”.

Faktlar
* “Antverp”ə qarşı start heyətində oynayan Pepe Çempionlar Liqasının tarixinə ən yaşlı sahə oyunçusu kimi düşdü. O, meydana çıxarkən 40 yaş 241 günlük idi. Portuqaliyalı müdafiəçi Alessandro Kostakurta (2006) ilə Devid Ueyrin (2010) rekordunu yenilədi. Onlar ÇL oyununa 40 yaş 211 günlüyündə çıxmışdı. Pepenin qitənin ən nüfuzlu klub turnirində 115-ci oyununu keçirdiyini də xatırladaq.
* 44-cü dəqiqədə oyuna qoşulan Evanilson 2-ci hissədə üç qol vurdu. Braziliyalı turnirin tarixinə sonradan meydana çıxaraq het-trik etməyi bacaran 7-ci futbolçu kimi düşdü. Ona qədər Məhəmməd Salah (“Liverpul”, 2022), Markus Reşford (“Mançester Yunayted”, 2020), Kilian Mbappe (PSJ, 2019), Xoseb Lyorente (“Vilyarreal”, 2008), Valter Pandiani (“Deportivo”, 2011) və Uve Resler (“Kayzerslautern”, 1998) belə kiçik futbol qəhrəmanlığı göstərib.
Bombardirlər: Alvares (MS), Bellingem (Real), Jezus (Arsenal), Mendes (Real Sosyedad), Morata (Atletiko), Heylunn (MY), Evanilson (Portu) – 3.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

8-10-2023, 19:0

“Barsa” çətin qələbə qazandı, “Şaxtyor” geridönüş etdi - TƏHLİL

Çempionlar Liqası

21-09-2023, 22:0

“Barselona” və “Portu” bir addım önə çıxdı - REPORTAJ

Dünya futbolu

6-08-2023, 20:0

“Şaxtyor” xal itirdi

Dünya futbolu

25-10-2023, 23:0

Srna qələbə ilə başladı, “Dinamo” uduzdu - TURUN ŞƏRHİ

Dünya futbolu

24-01-2023, 19:0

Torres həbs olundu

Dünya futbolu

10-05-2023, 18:0

“Şaxtyor”un üstünlüyü əridi - TURUN ŞƏRHİ

Aktual
“Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Son xəbərlər
  • Bu gün, 19:38
    "Payde" - "Zirə" oyunun hakimləri məlum oldu
  • Bu gün, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Bu gün, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Bu gün, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Bu gün, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Bu gün, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Bu gün, 16:31
    Millimiz rekorda imza atdı
  • Bu gün, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
Daha çox
Oxunub: 236
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə