• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barsa” çətin qələbə qazandı, “Şaxtyor” geridönüş etdi - TƏHLİL

Çempionlar Liqası

8-10-2023, 19:0

H qrupu
Portu – Barselona 0:1 (0:1)
Portu (Portuqaliya): D.Koşta, Mario (Niko, 85), Kardoso, Karmu, Vendell, Baru (Evanilson, 64), Varela (Konseysao, 85), Euştakio, Qaleno (Xayme, 85), Pepe Akino, Taremi (Louder, 85).
Barselona (İspaniya): Ter Ştegen, Kanselo, Arauxo, Kunde, Balde, Gündoğan, Romeu (Roberto, 69), Qavi, Yamal (Alonso, 80), Levandovski (Torres, 34), Feliş (Lopes, 69).
Qol: Torres, 45+1.
Vərəqələr: Kanselo, 13. Arauxo, 28. Kardoso, 28. Qavi, 36. Kunde, 47. Feliş, 51. Roberto, 86 – sarı. Qavi, 90+3 – qırmızı (ikinci sarı).
Hakim: Entoni Teylor (İngiltərə).
4 oktyabr. Portu. 49722 tamaşaçı.
oyunun statistikası
13 (5) qapıya (“çərçivə”yə) zərbə 14 (3)
6 künc zərbəsi 6
1 ofsayd 1
5 qayda pozuntusu 18
1 (0) sarı (qırmızı) vərəqə 7 (1)
40 topa sahibolma (faizlə) 60

“Portu” ilə səfər oyunu “Barselona” üçün çətin alındı.

"Football-plus.az" xəbər verir ki, “əjdahalar” favoritə “dişini göstərdi”, hətta qapıya zərbələrin sayında rəqibi üstələdi də. İlk yarı qarşılıqlı hücumlar şəraitində keçdi. “Barsa”dan Feliş fərqlənməyi çox istəsə də, dəqiqlik çatmadı. Elə meydan sahibləri də eyni çatışmazlıqdan əziyyət çəkdi. Hər halda, tamaşaçılar ilk yarıda qol gördü. Hissənin sonunda qonaqlar Barunun səhvindən yararlandı. Gündoğanın qapı önünə çıxardığı Torres hesabı açdı. Ferran bundan 11 dəqiqə əvvəl – zədələnən Levandovskinin yerinə meydana çıxmışdı.

2-ci hissədə “Portu” qonaqlarla müqayisədə irəlidə daha yaxşı təsir bağışladı. Onlar hesabı qorumaq üçün oynayırdı. Demək olar ki, bütün müdafiəçiləri sarı vərəqə aldı. Ter Ştegen də dəfələrlə ustalığını göstərməli oldu. Sonluq kataloniyalılar üçün çox əsəbi alındı. Əvvəlcə onlar Kanselonun əllə oynamasına görə az qala penalti ilə cəzalanacaqdılar. Sadəcə, VAR-ın müdaxiləsindən sonra bir qədər əvvəl Euştakionun əllə oynadığını müəyyənləşdirən Teylor qərarını dəyişdi. Ardından Tareminin qolu qeydə alınmadı, Qavi meydandan qovuldu. Minimal üstünlüyü qoruyan kataloniyalılar Xavinin rəhbərliyi altında keçirdiyi 100-cü oyunda qələbə qazandı.

Antverp – Şaxtyor 2:3 (2:0)
Antverp (Antverpen, Belçika): Byute, Bataye, Alderveyreld, Kulibali, Veyndal (İlenihena, 83), Vermeeren, Keyta (Yusuf, 83), Ekkelenkamp (Valensiya, 74), Muyya (Van de Bosh, 87), Yanssen, Balikvişa.
Şaxtyor (Donetsk, Ukrayna): Riznık, Konoplya, Rakitski, Matviyenko, Azarov, Stepanenko, Nazarina, Sudakov, Zubkov, Krıskiv, Sikan (Şved, 87).
Qollar: Muyya, 3 (1:0). Balikvişa, 33 (2:0). Sikan, 48 (2:1). Rakitski, 71 (2:2). Sikan, 76 (2:3).
Alderveyreld 90+7-ci dəqiqədə penaltidən yararlana bilməyib (yan).
Vərəqələr: Keyta, 12. Konoplya, 36. Yanssen, 37. Rakitski, 66. Sikan, 82. Alderveyreld, 90+1 – sarı.
Hakim: Rade Obrenoviç (Sloveniya).
4 oktyabr. Dorn. 13509 tamaşaçı.

oyunun statistikası
13 (5) qapıya (“çərçivə”yə) zərbə 16 (6)
2 künc zərbəsi 4
3 ofsayd 2
7 qayda pozuntusu 7
3 (0) sarı (qırmızı) vərəqə 3 (0)
53 topa sahibolma (faizlə) 47
0:2 geri düşən “şaxtaçılar” inanılmaz geridönüşə imza atdı. Qonaqların start təzyiqini dəf edən “Antverp” elə ilk hücumda hesabı açdı. İlk yarının ortalarında qonaqlar biq qədər fəallaşsa da, 33-cü dəqiqəyə qədər hesab dəyişmədi. Məhz həmin anda təkbətək çıxan Balikvişa fərqi artırdı. 2-ci hissədə mübarizənin axarı tam fərqli xarakter aldı. 48-ci dəqiqədə Sudakov güclü zərbə ilə dirəyi titrətdi, ardından Alderveyreldlə mübarizədən qalib ayrılan Sikan toru silkələdi. 71-ci dəqiqədə isə hesab bərabərləşdi. Rakitskinin cərimə zərbəsindən sonra Balakvişadan səkən top qapıçını yanıltdı. Amma bu da son deyildi. 76-cı dəqiqədə Sikan belçikalıların cərimə meydançasındakı qarışıqlıqdan yararlandı. Meydan sahiblərinin qəzavü-qədərdən qaçmaq şansı var idi. Ancaq kapitan Alderveyreld final fiti ərəfəsinə penaltini boşa verdi.

1. Barselona 2 2 0 0 6-0 6
2. Portu 2 1 0 1 3-2 3
3. Şaxtyor 2 1 0 1 4-5 3
4. Antverp 2 0 0 2 2-8 0
25 oktyabr: Barselona – Şaxtyor, Antverp - Portu.

Faktlar
* “Barselona”nın vingeri Yamal Çempionlar Liqasının tarixinə start heyətində yer alan ən gənc oyunçu kimi düşdü. Oyun günü o, 16 yaş 83 günlük idi. Bu göstəricidə əvvəlki rekord “Anderlext”in sabiq oyunçusu Selestin Babayoraya məxsus idi – nigeriyalı 16 yaş 86 günlüyündə ilk dəfə start heyətində görünmüşdü.
* “Barselona” Xavinin rəhbərliyi altında 100-cü oyuna çıxdı. O, klub tarixinə bu göstəriciyə çatan 11-ci baş məşqçi kimi düşdü. 2021-in noyabrından bəri kataloniyalılara rəhbərlik edən Xavinin ilk 100 oyun üçün göstəricisi belədi: 64 qələbə, 17 heç-heçə, 19 məğlubiyyət.
Bombardirlər: Alvares (MS), Heylunn (MY) – 3.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

21-09-2023, 22:0

“Barselona” və “Portu” bir addım önə çıxdı - REPORTAJ

Dünya futbolu

30-07-2023, 16:0

“Barselona” oyunçusunu “Portu”ya satdı

Çempionlar Liqası

8-10-2023, 18:0

Favoritlərdən əzmkar qələbələr - TƏHLİL

Çempionlar Liqası

17-03-2023, 23:0

“İnter” dirəklərlə birləşib istəyinə çatdı – REPORTAJ

Dünya futbolu

29-09-2023, 23:0

“Malyorka” “Barsa”nın zəfər yürüşünü dayandırdı – TURUN ŞƏRHİ

Çempionlar Liqası

13-09-2022, 22:0

Levandovski start heyətində

Aktual
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
“Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
“Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
“Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
“Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
Son xəbərlər
  • Bu gün, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Bu gün, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Bu gün, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Bu gün, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Bu gün, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Bu gün, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Bu gün, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 13:18
    Murad Musayev "Şəfa"da
  • Bu gün, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Bu gün, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Bu gün, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Bu gün, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Bu gün, 10:00
    Karyerasını başa vurdu
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Dünən, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Dünən, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Dünən, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Dünən, 17:05
    Açılış oyununu Tural Dadaşov şərh edəcək
  • Dünən, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Dünən, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Dünən, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Dünən, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Dünən, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
Daha çox
Oxunub: 729
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 495
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 203
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 174
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə