• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barselona” əzmkar qələbə ilə işi bitirdi

Çempionlar Liqası

1-12-2023, 22:0

H qrupu
Barselona – Portu 2:1 (1:1)
Barselona (İspaniya): Penya, Arauxo, Kunde, Martines, Kanselo (Balde, 82), Gündoğan, De Yonq, Pedri, Rafinya (Yamal, 90), Levandovski, Feliş (Torres, 75).
Portu (Portuqaliya): D.Koşta, Mario (Sançes, 67), Kardoso (Louder, 90), Pepe, Sanusi, Pepe Akino, Euştakio (Niko, 80), Varela, Qaleno (Martines, 90), Evanilson (Konseysao, 80), Taremi.
Qollar: Pepe Akino, 30 (0:1). Kanselo, 32 (1:1). Feliş, 57 (2:1).
Vərəqələr: Kardoso, 36. De Yonq, 37. Mario, 57. Feliş, 59. Pepe Akino, 74 – sarı.
Hakim: Daniele Orsato (İtaliya).
28 noyabr. Barselona. 43533 tamaşaçı.
oyunun statistikası
20 (7) qapıya (“çərçivə”yə) zərbə 12 (5)
5 künc zərbəsi 3
1 ofsayd 4
11 qayda pozuntusu 21
2 (0) sarı (qırmızı) vərəqə 3 (0)
56 topa sahibolma (faizlə) 44

“Football-plus.az” xəbər verir ki, futbolsevərlər “Barselona” ilə “Portu”nun ifasında parlaq oyun izlədi. “Əjdahalar” 1-ci yeri tutmaq ümidi ilə mübarizə aparsa da, meydan sahibləri qələbə qazana bildi. “Barsa”nın portuqaliyalıları – Joaolar meydanda fırtına kimi əsdi. Bu ifadə xüsusən Kanseloya aiddi. “Barsa” oyunun əvvəlində üstün təsir bağışlasa da, ilk yarının ortalarında “əjdahalar” fəallaşdı. Və bunun da nəticəsi kimi 30-cu dəqiqədə Pepe Akino hesabı açdı. Bu epizodda rəqibə ardıcıl üç zərbə vurmağa imkan verən müdafiəçilər çox pis oynadı. Qonaqlar doyunca sevinməyə macal tapmamış Kanselo qapıçı üçün qarşısıalınmaz olan zərbə ilə hesabı bərabərləşdirdi. Fasiləyə qədər tərəflərin hər biri fərqlənə bilərdi, ancaq azarkeşlər daha qol görmədi. 2-ci hissə yenicə başlamışdı ki, Feliş güclü zərbə ilə tiri silkələdi. Bu məqam portuqaliyalı ulduzu ruhdan salmadı. Növbəti hücumların birində həmvətənlər – Felişlə Kanselo birlikdə “Portu”nun müdafiəsini yardı. Meydan sahibləri bundan sonra topa nəzarəti rəqibə vermədi. Rafinya kataloniyalıların üstünlüyü möhkəmləndirmək üçün bir neçə şans qazandı. Ancaq şansları boşa verərək komandasının sonluğu gərginlik içində keçirməsinə səbəbkar oldu. Qonaqlar iki dəfə bərabərlik qolunu vura bilərdi, Penya inamlı oynadı. Əzmkar qələbə qazanan “Barsa”, demək olar ki, qrup birinciliyini təmin etdi. “Portu” üçün həlledici oyun isə irəlidədi. Bu komandanı son turun “Şaxtyor”la ev oyununda heç-heçə də qane edəcək.

Şaxtyor - Antverp 1:0 (1:0)
Şaxtyor (Donetsk, Ukrayna): Riznık, Qoçoleişvili, Bondar, Matviyenko, Azarov, Stepanenko, Zubkov, Sudakov, Krıskiv (Çelsi, 89), Neverton (Bondarenko, 70), Sikan (Rakitski, 90+6).
Antverp (Antverpen, Belçika): Byute, Veyndal, Alderveyreld, Kulibali, Bataye, Vermeren, Yusuf (İlenihena, 73), Kerk (Ecuke, 46), Muyya, Yanssen, Balikvişa.
Qol: Matviyenko, 12 (1:0).
Vərəqələr: Kulibali, 30. Kerk, 45+1. Qoçoleişvili, 83. Muyya, 90+4. Riznık, 90+7 – sarı. Muyya, 90+7 – qırmızı (ikinci sarı).
Hakim: Bartoş Frankovski (Polşa).
28 noyabr. Hamburq. 47209 tamaşaçı.
oyunun statistikası
13 (5) qapıya (“çərçivə”yə) zərbə 14 (4)
4 künc zərbəsi 9
6 ofsayd 1
6 qayda pozuntusu 12
2 (0) sarı (qırmızı) vərəqə 4 (1)
46 topa sahibolma (faizlə) 54

H qrupunda bizi maraqlı finiş gözləyir. “Şaxtyor” da pley-off iddiasından çəkilməyib. Donetsklilər “Antverp”lə 2-ci oyunda da qələbə qazandı. Onlar Belçikada geridönüşə imza atmışdısa, Hamburqdakı duel məhsuldar keçmədi. Oyunun taleyini bir qol həll etdi. 12-ci dəqiqədə nominal meydan sahibləri standart vəziyyəti ustalıqla yerinə yetirdi, Zibkovun ötürməsindən sonra Matviyenko fərqləndi. Fasilədən sonra “Antverp” ilk yarı ilə müqayisədə daha çox hücum etdi, ancaq iş “status-kvo”nu bərpa etmək üçün real şanslara qədər gedib çıxmadı. “Şaxtyor” isə rəqib qapısına nadir hallarda yaxınlaşsa da, təhlükəli olurdu: Azarov və Stepanenko 8 dəqiqəlik ara ilə qapının “möhkəmliyini yoxladı”. Sonda da maraqlı hadisələr baş verdi. Əvvəlcə “Şaxtyor” yüzfaizlik imkanı boşa verdi, ardından təcrübəli Alderveyreld cavab qolunu vurmağa yaxın oldu. “Narıncı-qaralar” növbəti mərhələyə adlamaq iddiasından çəkilməyibsə, “qırmızı-ağlar” qrup mərhələsini xalsız bitirmək təhlükəsi ilə üz-üzədi.

1. Barselona 5 4 0 1 10-3 12
2. Portu 5 3 0 2 10-5 9
3. Şaxtyor 5 3 0 2 7-7 9
4. Antverp 5 0 0 5 3-15 0
13 dekabr: Portu – Şaxtyor, Antverp – Barselona.

Oyundan sonra
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Kluba və komandaya görə çox sevinirəm. Bizi Avropa Liqasına aparan ardıcıl iki uğursuzluqdan sonra bu dəfə 1/8 finala vəsiqə qazanmağa borcluyduq. Əla komandaya qarşı əla oyun keçirdik, buraxılan qola düzgün reaksiya verdik. 0:1 olanda hər şey tutqun görünürdü. 2-ci hissədə “Portu”nu üstələdik. Oyunçulara dedim ki, daha çox risk etmək, topu irəli göndərmək lazımdı. Kanselo sərbəst qaldı və biz onu ötürmə ilə tapdıq. Penya oyunu əla keçirdi, möhtəşəm xarakter göstərdi. O, yalnız seyvləri ilə yox, topu oyuna yaxşı daxil etməklə də bizə yardım göstərdi. “Barselona”da bütün problemlər həll olunmayıb, ancaq bu gün klubu təbrik etmək olar”.

Fakt
“Barselona” Messinin gedişindən sonra ilk dəfə Çempionlar Liqasında pley-offa adladı. “Blauqrana” sonuncu dəfə bu mərhələdə 2020/21 mövsümündə görünmüşdü. Onda 1/8 finalda iki oyunun nəticəsinə görə PSJ-yə uduzdular (1:4, 1:1). Kataloniya təmsilçisi ardından iki dəfə qrupda 3-cü yeri tutmaqla Avropa Liqasına yollandı.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

21-09-2023, 22:0

“Barselona” və “Portu” bir addım önə çıxdı - REPORTAJ

Çempionlar Liqası

8-10-2023, 19:0

“Barsa” çətin qələbə qazandı, “Şaxtyor” geridönüş etdi - TƏHLİL

Çempionlar Liqası

29-10-2023, 18:0

“Barselona” itkisiz irəliləyir

Dünya futbolu

28-04-2023, 20:0

40 yaşında müqaviləni yenilədi

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 326
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə