Mətbuatda və sosial şəbəkələdə yayılan məlumata görə, klub rəhbərliyi daha bir şirkətlə razılaşıb. Deyilənlərə inansaq, adı açıqlanmayan sponsor da kluba böyük məbləğ ayırmaq niyyətindədi. Əlavə olaraq, ilkin şərtlərin bəlli olduğu bildirilir.
Bilginin səhihliyini öyrənmək məqsədilə “Zaqatala”nın prezidenti Şaban Şirdanovla əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:
“Nə yaxşı olardı (gülür). Xeyr, düzgün informasiya deyil. Doğrudusa da, mənim xəbərim yoxdu. Maliyyə gücümüzü artırmaq yönündə çalışmalar davam edir. Çox güman, martda bu yöndə əsas suallara aydınlıq gələcək. Hələ “Music Gallery” ilə bağlı planlar həyata keçirilir. Bundan başqa, iş adamları və müxtəlif şirkətlərlə anlaşmaq niyyətindəyik. Lakin nə ilkin razılıq var, nə də yenilik...”
KƏNAN BAHADIR






