Belə ki, "Music Gallery" şirkəti Futbolun İnkişafı Fondunun (FİF) vasitəçiliyi ilə kluba maliyyə vəsaitinin ayrılmasına razılıq verib.
Əlbəttə, ağla yenə "Kəpəz" gəlir. Premyer-liqa klubu hələ də maliyyə dayaqlarını gücləndirə, daha dəqiqi, sponsor tapa bilmir.
Xatırlayırsızsa, FİF-in icraçı direktoru Tural Piriyev "Football-plus.az"a açıqlamasında "sarı-göylər"lə bağlı iş adamlarının iştirakı ilə görüşün keçiriləcəyini demişdi. Görəsən, bu məsələ nə yerdə qaldı? Daha bir şad xəbəri "Kəpəz"dən eşidə biləcəyikmi?
Bu suallarla yenidən Tural bəyə müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:
"Sponsoru olmayan bütün klublar diqqətimizdədi. Əlimizdən gələni edirik ki, hər birinin maddi gücü çox olsun. "Kəpəz"lə bağlı tədbir nəzərdə tutulmuşdu, hətta tarix də müəyyənləşdirilmişdi. Lakin sonradan bəzi səbəblərdən ertələndi. Hələ ki yenilik yoxdu. Gəncə Futbol Akademiyasının açılışından sonra bu məsələ ilə bağlı daha yaxından maraqlanmaq mümkündü. Onu deyim ki, iş prinsipimiz "Kəpəz" və başqaları" deyil. Çalışırıq ki, bütün klublar üçün nəsə edək".
KƏNAN BAHADIR





