• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi” son dəqiqə qolu ilə üzüldü - REPORTAJ

Premyer-liqa / Reportaj

1-11-2023, 17:0

Bazar günü “Neftçi Arena”da möhtəşəm ab-hava var idi. Düzdü, matçı 4600 nəfər izləyirdi. Bu, derbi oyunları üçün aşağı göstəricidi. Lakin buna da şükür etməliyik. Hava da futbol oynamaq, futbola baxmaq üçün ideal idi. Düzdü, ot örtüyündə bəzi problemlər var idi. Bütün bunların fonunda 18.30-da oyun start götürdü.

Əslində “Neftçi”nin ilk “11-liy”i açıqlananda futbol ictimaiyyəti təəccüblənmişdi. Çünki kapitan Emin Mahmudov əsas həyətdə yox idi. Kenni və Lebonun da yoxluğu təəccübü bir qədər də artırmışdı. Bütün bunlara baxmayaraq, flaqman oyuna sürətli başladı. 14-cü və 16-cı dəqiqələrdə Mirzov ardıcıl iki epizodda qola yaxın oldu. İlk məqamda Yusif etibarlı oynadı. İkincidə isə rusiyalının zərbəsi dəqiq alınmadı. Təbii ki, “Sabah” ancaq müdafiə olunmurdu. Kollektivin ən fəal oyunçusu Namik idi. Vinger sabiq komandasını cəzalandırmağa çalışırdı. 23-cü dəqiqədə milli üzvünün uzaqdan zərbəsininin qarşısını Brkiç ala bildi. İlk hissədə diqqətçəkən hücumlardan birini də “Neftçi” yaratdı. Qaranın ötürməsindən sonra Ozobiç qapıya paralel zərbə endirdi. Lakin Yusif yenə etibarlı oynadı.

Ümumiyyətlə, fasiləyə kimi ərazi üstünlüyü “ağ-qaralar”da idi. Lakin Adrian Mutunun komandasının canfəşanlığı işə yaramadı. İlk hissə qolsuz başa çatdı.

Fasilədən sonra isə ssenari dəyişdi. Düzdü, “bayquşlar” dəyişiklik etməmişdi. Lakin oyun planında Masazır klubu “ağ-qaralar”ı üstələyirdi. 48-ci dəqiqədə “tələbələr” hesabı açmağa yaxın oldu. Parrisin künc zərbəsindən ötürdüyü topu Çakla başla qapıya göndərdi. Lakin “dəri kürə” dirəkdən qayıtdı. 52-ci dəqiqədə isə “Sabah” qol vurdu. Sekidikanın ötürməsini Letiç qapıya göndərdi. Onun zərbəsi hər iki dirəyə dəyərək tora daxil oldu. Lakin yan xətt hakiminin bayrağı qalxdı. Hücum zamanı Sekidika oyundankənar vəziyyətdə imiş. Beləliklə, qol qeydə alınmadı. 66-cı dəqiqədə “Sabah” yenə təhlükəli vəziyyət yaratdı. Yenə sol cinahda şou göstərən Sekidika qapı önünə ötürmə etdi. Namikin başla zərbəsinin qarşısını Brkiç çətinliklə ala bildi.

Son 10 dəqiqədə hər iki komanda hücuma atıldı. Artıq meydanda açıq futbol gedirdi. Mutu Emin, Kenni və Lebonu mübarizəyə atmışdı. 87-ci dəqiqədə bu “üçlüy”ün qurduğu hücum təhlükəli alındı. Emin uzun reyd edərək Lebona ötürmə verdi. Vinger bir qədər topu özündə saxladıqdan sonra Kennini gördü. İsraillinin zərbəsi isə az fərqlə qapının üstündən keçdi.

Oyunun son dəqiqələri “Sabah”ın üstünlüyü şəraitində keçdi. Ardıcıl 2 epizodda Volkov və Amin qol vurmağa yaxın oldu. Lakin hər iki futbolçunun zərbəsi qeyri-dəqiq alındı. 90+3-cü dəqiqədə “Sabah” istəyinə çatdı. Letiç qeyri-adi ötürmə ilə rəqibi məyus etdi. Düzdü, Rəvan Həmzəzadə əvvəlcə oyundankənar vəziyyət qeydə aldı. Lakin VAR-dakı hakimlər 3 dəqiqə epizodu dəyərləndirdikdən sonra referi mərkəzi göstərdi. “Neftçi”nin hesabı bərabərləşdirmək üçün nə gücü qalmışdı, nə də vaxtı. Beləliklə, gərgin və maraqlı keçən derbidə “Sabah” qəbələ qazandı.

Gözdən qaçmadı
* “Neftçi” matça gələn azarkeşlərinə bayraq hədiyyə edirdi.
* Cəzalı Murad Musayev qarşılaşmanı media sektorunu yanındakı tribunadan izləyirdi.
* Emin Mahmudov meydana çıxanda kapitan sarğısı Brkiçdə idi. Lakin xorvatiyalı qolkiper buna məhəl qoymadı. Sona kimi sarğı Brkiçdə qaldı.
* Elvin Camalov meydandan çıxanda kapitanlıq sarğısını Amin Seydiyevin qoluna taxmaq istəyirdi. Lakin müdafiəçi əli ilə Aleksey İsayevi göstərdi. Elvin də sarğını millimizin üzvünə verdi.
* Oyun bitəndən sonra Emin Mahmudov əsəbi idi. O, rəqibin oyunçularından kimləsə mübahisə etmək istəyirdi. Lakin “Sabah”ın tərcüməçisi Emini qucaqlayaraq stadiondan çıxartdı.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Manşet / Reportaj

16-07-2023, 18:0

“Neftçi” məğlub olsa da, ümid verdi - REPORTAJ

Avropa Liqası / Konfrans Liqası

12-08-2023, 23:0

“Qarabağ”la “Neftçi”nin oyunları elə vaxtda start götürdü ki, hava hələ də istiydi”

Premyer-liqa / Reportaj

17-05-2023, 13:0

“Neftçi” aursayderin də öhdəsindən gələ bilmədi - REPORTAJ

Premyer-liqa / Reportaj

4-04-2023, 14:0

“Sabah” Masazırda tarix yazdı - REPORTAJ

Konfrans Liqası

13-08-2022, 15:0

"Bu məqamlar göstərdi ki, “Neftçi” keyfiyyətli komandadı" - Ferdi Druyif

Ölkə kuboku / Reportaj

27-04-2023, 13:0

"Neftçi" 11-ci dəfə finala adladı! - REPORTAJ

Aktual
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
Son xəbərlər
  • Bu gün, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Bu gün, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Bu gün, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Bu gün, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Bu gün, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Bu gün, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Bu gün, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Bu gün, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Dünən, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Dünən, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Dünən, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Dünən, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Dünən, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Dünən, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Dünən, 15:05
    AFFA-da seminar keçirildi
  • Dünən, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Dünən, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Dünən, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Dünən, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Dünən, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Dünən, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Dünən, 10:00
    Vlahoviç hara gedir?
  • 4-06-2026, 23:0
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • 4-06-2026, 23:0
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • 4-06-2026, 22:0
    Azarkeşlərin tənqidinə məruz qaldı
Daha çox
Oxunub: 632
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 230
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 224
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 212
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 208
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə