“Napoli”də bu mövsüm növbəti dəfə baş məşqçi dəyişikliyi zəruri sayılıb.
Rəhbərlik Valter Matsarri ilə yolları vaxtından əvvəl ayırmağı lazım bilib. Onun yerinə Françesko Kaltsona təyin edilib. Xatırladaq ki, Matsarri baş məşqçi vəzifəsinə ötən ilin noyabrında istefaya göndərilən fransalı Rudi Qarsiyanın yerinə təyinat almışdı.
Kaltsona əvvəllər “Napoli”də işləyib. O, komandanı ötən mövsüm çempionluğa daşıyan Luçano Spallettinin köməkçisi, sonra isə texniki inkişaf üzrə məşqçi kimi çalışıb. 55 yaşlı mütəxəssis eyni zamanda Slovakiya yığmasında da fəaliyyətini davam etdirəcək.