Yığmada baş məşqçi problemi yoluna qoyuldu

19.08.2023 21:43 195
Dünya futbolu
İtaliya yığmasında baş məşqçi problemi yoluna qoyulub.

Gözlənildiyi kimi, komandaya Luçano Spalletti təyinat alıb. O, bu vəzifədə Roberto Mançinini əvəzləyib.

Qeyd edək ki, 64 yaşlı məşqçi daha əvvəl “Empoli”, “Sampdoriya”, “Venetsiya”, “Udineze”, “Ankona”, “Roma”, “Zenit” və “İnter” klublarında işləyib.

O, ötən mövsüm “Napoli”ni 33 illik fasilədən sonra İtaliya çempionluğuna daşımışdı.