“Monpelye”də növbəti dəfə baş məşqçi dəyişikliyi zəruri sayılıb. Rəhbərlik Romen Pitonu istefaya göndərib.
Football-plus.az xəbər verir ki, Fransa klubunun rəsmi saytının məlumatında çalışdırıcı ilə komandanın uğursuz çıxışına görə yolların ayrıldığı bildirilib.
Xatırladaq ki, ötən ilin oktyabrında Olivye Dall’Olyonu işdən azad edən “Monpelye” baş məşqçi vəzifəsinə Pitounu təyin etmişdi. Komanda 45 yaşlı fransalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 12 oyunun yalnız ikisində qələbə qazana bilib (2 heç-heçə, 8 məğlubyyət). Liqa 1-in son turunda “Strasbur”a uduzan (0:2) komanda hazırda turnir cədvəlində 15-ci yeri tutur.
Artıq Pitonun xələfi məlumdu. Rəhbərlik onun yerinə Mişel Ter Zakaryanı təyin edib. Yeni baş məşqçinin 2017-21-ci illərdə “Monpelye”ni çalışdırdığını qeyd edək.