• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Tankenin gedişinin Şeydayevlə heç bir əlaqəsi yoxdu”

Ölkə futbolu / Manşet

16-02-2024, 18:0

Millimizin hücumçusu Ramil Şeydayevin qış “transfer pəncərəsi”ndə Tayland “Buriram Yunayted”indən ayrılaraq Türkiyənin birinci liqa təmsilçisi “Kocaelispor”la anlaşdığını bilirsiz.

Həmin vaxt bu transfer ölkəmizdə böyük əks-səda doğurdu. Elita klubunu aşağı dəstəyə dəyişmək qərarının altında maliyyə mülahizələrinin yatması heç kimə sirr deyildi. Şeydayev Türkiyəyə həm də pul dalınca yollanmışdı... Onun yeni klubuyla müqaviləyə görə cari mövsümün qalan 6 ayı üçün 300 min, növbəti mövsüm üçün isə 550 min avro alacağı deyilirdi. İndi də “Kocaelispor”da məhz Ramilin maaşı üzündən vəziyyətin gərginləşməsi ilə bağlı xəbər həm Türkiyə, həm də Azərbaycan mətbuatını zəbt edib.Belə ki, neçə gün öncə Türkiyə mediasında Ramilin “Kocaelispor”da qazancı hədsiz yüksək olduğuna görə komandanın başqa oyunçularının narazılıq etdiyinə dair xəbərlər yayılıb. Hətta deyilənə görə, forvard Duqlas Tankenin “Kocaelispor”dan ayrılmasının əsas səbəbi də budu. Braziliyalı oyunçu Ramillə eyni maaşı aldığını öyrəndikdən sonra klub rəhbərliyinə “Ramil mənlə eyni məbləği alacaqsa, qoy komandanı o çempion etsin, mən gedirəm” deyib. “Kocaeli Zirve” qəzeti isə bunları yazır:

“Şeydayevin qonorarı əsl problemdi, ona görə də bir çox futbolçu klubu tərk edib. Hamı deyir ki, Taylandda 100 minə oynayan Şeydayev 850 min avroya oynayacaq. Kollektivdə sakitlik yoxdu, hər şey barıt çəlləyinə bənzəyir. Şeydayevin maaşının üçdəbirinə oynayan futbolçuların yaxın gələcəkdə ayrılması təəccüblü deyil. Artıq bunun əlamətlərini "Boluspor" matçında (1:1) görməyə başladıq”.

Tanke “transfer pəncərəsi”nin sonuna iki gün qalmış menecerinin yüksək maaş qarşılığında tapdığı Yaponiya klubuna transfer olunub. “Kocaelispor”la bağlı bu məsələni daha detallı şəkildə öyrənmək üçün “CBC Sport” kanalının və “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəlilovla əlaqə saxladıq:
“Doğrudu, “Kocaelispor”da məvacibi yüksək olan 3-4 futbolçudan biri də Ramil Şeydayevdi. Məhz bu yüksək məvacib qarşılığında o, Türkiyə 1-ci liqasında oynamağa razılıq verdi. Amma klubun maliyyə problemlərinin olduğu aşkardı. Müəyyən çətinlikləri var. Ödənişlərlə bağlı çətinlik yaşadıqları xəbərini əldə etmişəm. Amma təkcə Ramili saxlayacaq qədər pul ödəyib, digər hücumçunu komandada saxlamaq istəməmək fikri tam yanlışdı. Əldə etdiyim bilgiyə görə, Duqlas Tanke daim oynamaq istəyən biri idi. Ona görə də klubdan ayrıldı. Yəni sırf Ramilə, yüksək məvacibə görə ayrılmayıb. Ancaq bu o demək deyil ki, Ramil alternativsiz futbolçudu. Çünki Ramil davamlılığı yüksək olan oyunçu deyil. Bu reallıqdı və hər şey göz qabağındadı. Yəni Tankenin klubdan ayrılmasını Ramilin maaşı ilə əlaqələndirmək yanlışdı. Sadəcə, futbolçuya yaxşı təklif gəldi, o da klubdan ayrılmağa qərar verdi”.
Bu mövzunu dərinləşdirmək üçün “Kocaelispor”un prezidenti Əngin Koyunla da danışdıq: “Elə bir şey mövzumuz deyil. Tankenin klubla müqaviləsində sərbəst qalmaq maddəsi var idi. Buna görə də klubdan ayrılıb, Yaponiyaya transfer olundu. Bu mövzunun Ramillə heç bir əlaqəsi yoxdu. Digər sualınıza gəlincə, futbolçularımızla maaşla bağlı heç bir sıxıntımız yoxdu”.


KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

14-01-2024, 16:0

Ramil "Kocaelispor"dan vaxt istədi: qərarını dəyişə bilər

Dünya futbolu

20-01-2024, 19:0

"Kocaelispor" "Eyüpspor"a qarşı: Ramil ehtiyatda

Dünya futbolu

17-01-2024, 16:0

“Kocaelispor”u Rəşad Sadıqova görə tanıyırdım”

Ölkə futbolu / Manşet

16-01-2024, 17:0

Ramil Kocaelidədi, imza mərasiminə az qaldı

Dünya futbolu

3-02-2024, 19:0

Ramil oynadı, "Kocaelispor" qələbə qazandı

Ölkə futbolu / Manşet

22-01-2024, 21:0

Ramil “Kocaelispor”da Azərbaycan pasportu ilə oynayacaq

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 104
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 100
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə