"Kocaelispor" "Eyüpspor"a qarşı: Ramil ehtiyatda

20.01.2024 19:55 323
Dünya futbolu
Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin yeni komandası "Kocaelispor" öz meydanında lider "Eyüpspor"u qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.

Ramil Şeydayev bugünkü görüşdə "Kocaelispor"da debüt edə bilər. Onun adı ehtiyat oyunçular sırasındadı.