Klubu ilə yenidən anlaşdı

16.02.2024 17:28 189
Dünya futbolu
Leon Beyli klubu ilə yenidən anlaşıb.

O, “Aston Villa” rəhbərliyinin yeni təklifini qəbul edib. İngiltərə mənbələri yarımmüdafiəçinin yeni müqaviləsinin müddətinin 2028-ci ilə qədər nəzərdə tutulduğunu, müddətin sonradan daha birilliyə artırıla biləcəyini xəbər verir.

Yamaykalı vinger “Aston Villa”da 2021-ci ildən çıxış edir. 26 yaşlı Leon bu mövsüm premyer-liqada meydana çıxdığı 22 oyunda 7 qol vurub.