Klubu ilə yenidən anlaşdı

6.10.2022 17:52 374
Dünya futbolu
Kallum Vilson klubu ilə yenidən anlaşıb.

Football-plus.az xəbər verir ki, təcrübəli futbolçu “Nyukasl” rəhbərliyinin yeni təklifini qəbul edib. Onun müqaviləsinin konkret hansı müddətə qədər yeniləyəcəyinə aydınlıq gətirilmir. 30 yaşlı hücumçunun komandanın ən ödənişli oyunçularının sırasına qoşulacağını “The Athletic” qəzeti xəbər verib.

Kallum “Nyukasl”da 2020-ci ildən çıxış edir. O, premyer-liqada “sağsağanlar”ın formasında meydana çıxdığı 48 oyunda 23 qol vurub.