"Football-plus.az" xəbər verir ki, buna səbəb daxili qanaxma və bağırsaq partlaması idi. Dekabrın 9-da isə ikinci dəfə həkim müdaxiləsinə ehtiyac duyulub. Turalda bu dəfə onikibarmaq bağırsağın başqa seqmentində arterial damarın şiddətli (profuz) qanadığı aşkarlanıb. Bu dəfə 3 saatlıq mürəkkəb əməliyyat nəticəsində qanaxma dayandırılıb.
İki dəfə əməliyyat olunan yığmanın kapitanı ilə əlaqə saxladıq, durumu ilə maraqlandıq:
"Hazırda müalicəm gedir. Şükür ki, hər şey yolundadı. Artıq əməliyyatdan bir aydan çox keçib. İkinci prosedura başlamışam. Hazırda xəstəxanayadayam. Üçüncü prosedura keçmək üçün müalicə proqramı almağa gəlmişəm. Həkimlərin dediyinə görə, 3-6 ay idmandan kənar olmalıyam. Amma 3 ayın tamamında meydana qayıtmağı düşünürəm. İnşallah, sağlığım imkan versə sonuncu turlardakı oyunlara, final oyunlarına qoşulmaq istəyirəm. Komandamla bir yerdə olmağı düşünürəm. Məşqlərə gedirəm. Özüm işləyə bilməsəm də, məşqçilərə kömək edirəm, onların yanında oluram".
GÜNAY SÜLEYMANOVA




