“Maynts-05”də məşqçi dəyişikliyi

15.02.2024 15:27 167
Dünya futbolu
“Maynts-05”də gözlənilən məşqçi dəyişikliyi reallaşıb.

Rəhbərlik baş məşqçi Yan Zivertlə yolları ayırıb.

41 yaşlı mütəxəssis komandanı ötən ilin noyabrından çalışdırırdı. “Maynts-05” Zivertin rəhbərliyi altında 12 oyun keçirib, 1 qələbə qazanıb, 6 dəfə heç-heçə edib, 5 dəfə isə məğlub olub. Komanda 21 turdan sonra Almaniya çempionatında 12 xalla sonuncudan əvvəlki – 17-ci yeri tutur.

Artıq mayntslıların yeni çalışdırıcısının kimliyi məlumdu. Komandanı çətin vəziyyətdən Bo Henriksen çıxarmağa çalışacaq. Danimarkalı mütəxəssis ilə bağlanan müqavilənin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Henriksen Almaniyada işləmək üçün “Sürix”i tərk edib.