“Ştutqart”da növbəti dəfə baş məşqçi dəyişikliyi zəruri sayılıb.
"Football-plus.az" xəbər verir ki, rəhbərlik Bruno Labbadianı da istefaya göndərib.
Almaniya klubunun mətbuat xidmətinin məlumatında belə qərar verilməsinə komandanın uğursuz çıxışının səbəb olduğu bildirilib. Alman mütəxəssis “Ştutqart”ı ötən ilin dekabrından çalışdırırdı. Komanda onun başçılığı altında 12 oyun keçirib və yalnız 1 qələbə qazanıb. Almaniya kubokunda “Paderborn”a qalib gələn “Ştutqart” hazırda bundesliqada sonuncu - 18-ci yerdədi.
Labbadianın yerinə Sebastyan Höness təyinat alıb. Maraqlıdı ki, o, bu mövsüm komandanı çalışdıran 4-cü mütəxəssis olub. “Bavariya”nın sabiq prezidenti Uli Hönessin qardaşı oğlunun imzaladığı müqavilənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. “Ştutqart” yeni baş məşqçinin rəhbərliyi altında ilk oyununu dünən Almaniya kubokunun 1/4 final mərhələsində “Nürnberq”ə qarşı keçirib.