İtaliya klubunda məşqçi dəyişikliyi

26.10.2023 20:51 194
Dünya futbolu
“Udineze” rəhbərliyi baş məşqçi Andrea Sottil ilə yolları ayırıb.

“Football-plus.az” xəbər verir ki, klubun rəsmi saytının məlumatına görə, 49 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Sottillə yanaşı, məşqçilər heyətinin digər üzvləri də istefaya göndərilib. Təcrübəli mütəxəssis “Udineze”yə 2022-ci ilin iyununda təyinat almışdı. Onun başçılığı altında 50 oyun (13 qələbə, 19 heç-heçə, 18 məğlubiyyət) keçirən komanda hazırda A seriyasında 18-ci yeri tutur.

Artıq Sottilin xələfi məlumdu. Udineliləri çətin vəziyyətdən onlara 2021-ci ilin dekabrından 2022-ci ilin iyununa qədər başçılıq etmiş Qabriele Çoffi çıxarmağa çalışacaq.